İrəvanda 22 nəfər nümayişçi yaralandı

YanPress

495

İrəvanda 22 nəfər nümayişçi yaralandı
İrəvanda polislə nümayişçilər arasında baş verən toqquşma zamanı 22 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

VOİCEPRESS.AZ
-ın verdiyi məlumata yaralananlardan 3-ü polisdir.

"Nairi" tibb mərkəzindən bildirilib ki, polislərdən birinin vəziyyəti ağırdır və hazırda əməliyyatdadır. Digər xəsarət alanların vəziyyəti isə yüngüldür və bu gün xəstəxanalardan buraxılacaqlar. Xəsarət alanlar arasında nümayişçilərin lideri Nikol Paşinyan da var. O, ilk tibbi yardım aldıqdan sonra xəstəxanadan çıxıb. N. Paşinyan xəstəxanada jurnalistlərə açıqlama verərək bütün Ermənistan vətəndaşlarını küçələrə və meydanlara çıxmağa çağırıb: ""Mən gözümdən və əlimdən yaralandım. Böyük ehtimal ki, tikanlı məftilləri keçmək istəyərkən səs qumbarasının partlaması nəticəsində xəsarət almışam. Lakin mübarizə davam edir".

Paşinyan yenidən etirazçılara qoşulacağını bildirib.

Nümayişçilər isə hələ də Baqramyan prospektindədirlər. Daha əvvəl polis tikanlı məftilləri keçərək parlamentə doğru hərəkət etmək istəyən etirazçılara qarşı xüsusi vasitələrdən istifadə edib.

Qeyd edək ki, sabah parlamentdə Serj Sarkisyanın baş nazir postuna təsdiqlənməsi ilə bağlı səsvermə keçiriləcək. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin icra səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

VOİCEPRESS.AZ


Ранее » Yerevanda Sarkisyana qarşı mitinq keçirilir« Далее Yerevanda etirazçılar mərkəzi küçələri bağlayır
Flag Counter