İrəvanda Pedaqoji Universiteti də ələ keçirildi - VİDEO

YanPress / Manşet

189

İrəvanda Pedaqoji Universiteti də ələ keçirildi - VİDEO
Ermənistanda etirazçılar Nikol Paşinyanın rəhbərliyi altında İrəvan Pedoqoji Universitetinə daxil olublar.

Etirazçılar onlara müqavimət göstərmək istəyən tələbələrin müqavimətini qırmağı bacarıblar. Bundan sonra etirazçılar müxtəlif mərtəbələri və binalarında özlərinə yer etməyi bacarıblar.

Paşinyan öz tərəfdarlarına müraciət edərək, onları gücdən və düşünülməmiş addımlardan çəkinməyə çağırıb. Paşinyan həmçinin universitetin müxtəlif mərtəbələrinə çıxaraq, tələbələri onlara qoşulmağa səsləyib.

İrəvanda etirazçılar İrəvan Dövlət Təməl Tibb Kollecinə də daxil olublar.

Belə ki, Koryun küçəsində hərəkət edən etirazçılar kollecin qapısının qapalı olduğunu görüblər. Etirazçılar qapıları zorla açıblar. Bundan sonra Paşinyan tələbələrə müraciət edərək, “siz qul deyilsiniz ki, qapıları üzünüzə bağlasınlar” deyib.

Deputat tələbələrin onlara qoşulmasını istəyib.





VOİCEPRESS.AZ


Ранее » İrəvan etirazçılar yolu bağladılar« Далее Müxalifət Ermənistanda "məxməri inqilab"ın başladığını el...
Flag Counter