Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürüldü

YanPress / Manşet

252

Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürüldü
Bu gün Ermənistanın hakim partiyası - Respublika Partiyasının icra orqanının toplantısı keçirilib.

VOİCEPRESS.AZ
bildirir ki, iclasda partiyanın lideri, sabiq prezident Serj Sarkisyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb. Partiya sədrinin müavini, baş nazir Karen Karapetyan bu vəzifəyə S. Sarkisyanın namizəd göstərilməsi təklifi ilə çıxış edib. Müzakirədən sonra təklif yekdilliklə qəbul olunub.

Respublika Partiyasının parlament fraksiyası aprelin 16-da baş nazir postuna rəsmən S. Sarkisyanı namizədliyini irəli sürəcək.

Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin icra səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

VOİCEPRESS.AZ


Ранее » Yerevanda Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinə q...« Далее Müxalifət Ermənistanın İctimai Radiosunu ələ keçirib
Flag Counter