Ermənistan parlamentində qalmaqallı aksiya - İclas zalını tüstü bürüdü - VİDEO

YanPress / Manşet

162

Ermənistan parlamentində qalmaqallı aksiya - İclas zalını tüstü bürüdü - VİDEO
Ermənistan parlamentinin "Çıxış" partiyasının üzvü parlament iclası zamanı özünəməxsus aksiya keçirib.

VOİCEPRESS.AZ
xəbər verir ki, tribunaya çıxan "Çıxış" blokunun deputatı Ararat Mirzoyan fişəng yandıraraq Ermənistan vətəndaşlarına səslənib:

"Ermənistanın azad vətəndaşları, Serj Sarkisyanın hakimiyyətdə üçüncü dəfə qalmaq müddətinin qarşısını almağımız, Respublika partiyasının hakimiyyətinə son qoymaq üçün məqam yaranıb. Bunun üçün 13 apreldə 18:30-da azadlıq məşəlini yandıracağımız "Azadlıq" meydanına çıxmaq lazımdır".

Çıxışından həmən sonra o, cibindən tüstü şaşkasını çıxaraq onları yandırıb. Ona "Çıxış" partiyasının digər deputatı Lena Nazaryan qoşulub. O, da tüstü şaşkalarını yandırıb. Palamentini binasını tüstü basıb.

Qalmaqallı aksiyaya baxmayaraq parlamentin vitse-spikeri reaksiya verməyib və sonda bu sözləri deyib:

"Aksiya elə bil alınmadı. Qapıları açın, qoy insanlar normal işləsin. Qoy cəmiyyət özü seçim etsin, kim parlamentdə nə ilə məşğul olur".



VOİCEPRESS.AZ


Ранее » Serj Sarkisyan işsiz qaldı« Далее Yerevanda Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinə q...
Flag Counter