"The Daily Caller": Ermənistan zibilxanadır - VİDEO

YanPress / Manşet

1 287

''Ermənistan durğunluq vəziyyətində olan zibilxanadır''.

VOİCEPRESS.AZ
xezerxeber.az-a istinadən bildirir ki, bu ifadə məşhur jurnalist Ceykob Kamarasın ABŞ-da nəşr edilən "The daily caller" qəzetindəki məqaləsində yer alıb. Məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, habelə işgalçı ölkədə yaranmış dözülməz iqtisadi və siyasi vəziyyətdən bəhs edilib.
Müəllif erməni deputat Aram Manukyanın bəyanatlarına istinadla yazır ki, deqradasiyaya uğramış bu ölkədə vəziyyət get-gedə pisləsir, Ermənistan "Avrasiyada dövlətlərarasi iqtisadi münasibətlərdə praktiki olaraq heç bir rol oynamır".

Ceykob Kamaras Manukyandan sitat gətirərək qeyd edir ki, Ermənistan regional və beynəlxalq miqyaslı bütün layihələrdən, o cümlədən dəmir yol və enerji layihələrindən kənarda qalır.

Ekspert yazır ki, eyni zamanda, Azərbaycan artıq bu il Türkiyəyə təbii qaz nəql edəcək. Sonra, 2019-cu ildə isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm element olan "Şahdəniz-2" yatağından çıxarılan təbii qaz Avropaya nəql ediləcək. Ermənistanda baş alıb gedən korrupsiya ölkədə vəziyyəti daha da gərginləşdirir. Bu səbəbdən, sağlam düşüncəli investorların heç biri Ermənistanda sərmayə qoymaga risk etmir.

Məqalədə qeyd edilir ki, Azərbaycan və Gürcüstan öz iqtisadiyyatlarını qərb ölkələri, ABŞ və Avropa ilə sıx münasibətlər əsasında qurur. Ermənistanın geridə qalmış iqtisadiyyatı əvvəlki kimi yenə də kənd təsərrüfatından asılıdır, inflyasiyanın sürətlə artması və ciddi zəka axını müşahidə olunur.

Kamaras yazır ki, Ermənistanın bu girdabdan çıxmasının yeganə mümkün yolu Azərbaycan ilə münaqişəni həll etmək və iqtisadi cəhətdən güclü olan bu dövlətlə yaxınlaşmaqdır. Bu məqsədə nail olmaq üçün Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun isğalından əl çəkməlidir. BMT Təhlükəsizlik Şurasinin bir neçə qətnaməsi də bunu tələb edir.
Kamaras sonda vurğulayır ki, ABŞ Qafqazdakı bu reallığı nəzərə almalıdır. ABŞ başqa bir ölkənin siyasi vassalı olan, dilənçi vəziyyətinə düşmüş Ermənistanla deyil, regionun "qərbyönümlü iqtisadi ulduzları" olan Azərbaycan və Gürcüstanla müttəfiqlik etməlidir.

VOİCEPRESS.AZ


Ранее » Serj Sərkisyanın prezidentliyi dönəmi başa çatıb« Далее Serj Sarkisyan işsiz qaldı