Lragir.am: “Serj Sarkisyan Münthendə verilən suala cavab verə bilməyib...”

YanPress / Manşet

1 908

Lragir.am: “Serj Sarkisyan Münthendə verilən suala cavab verə bilməyib...”

VOİCEPRESS
-in Ermənistanın lragir.am saytına istinadən verdiyi xəbərə görə, Münhen konfransında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan ona verilən suala cavab verə bilməyib. Məlumatda qeyd edilir ki, Sarkisyana sualı azərbaycanlı yox, Avrasiya Qrupunun rəhbəri və təsisçisi Yana Bremer verib. Sual isə olduqca qərəzli mövqe daşıyıb və Sej Sarkisyanı sözün əsil mənasında seçim qarşısında qoyub. Belə ki, suala görə, 2013 cü ildə Serj Sarkisyan ES Assosasiyasına deyil, Avrasiya İttifaqına qoşulmasından dolayı peşimandırmı? -sualı sələndirilib. Daha sonra ikinci köməkçi sual isə Srrj Sarkisyanı əməlli başlı dalana dirəyib: “Bu sizin qərarınız idi, ya bu qərar Rusiyanın təzyiqindən dolayı idi?”

Serj Sarkisyan isə heç kəsə aydın olmayan şəkildə sualdan sıyrılmağa çalışıb. Amma yenə də Avropaya qarşı ittiham səslənən sözlərinin arxasında Avrasiya İttifaqının müsbət məqamlarından söz açıb.

Yan Bremer bu durumda daha da dərinə enədərk, Sarkisyanı tərlətməyə davam edib: “İndi 2018-ci ildir. Sizcə Avrasiya İttifaqı seçimi təhlükə və həyəcan siqnallarının qarşısını necə ala bildimi?”

Görünür amerikalı politik Sarkisyana Aprel döyüşlərini xatırlatmaqla yanaşı Azərbaycan prezidentinin Qarabağı yox, İrəvan və Zəngəzur torpaqlarının da geri qaytarmaları ilə bağlı bəyanatlarını nəzərdə tuturdu.

Lakin Sarkisyan bu suala cavab verə bilməyib.

Remer isə daha bir sualla Sarkisyanı əməlli başlı nakaut edib: “Əksinə Rus və Türklər bir birlərini daha çox sevməyə başladılar. Bu hal necə sizin şanslarınızı artırırmı?”

Serj Sarkisyanın bu suala cavabı isə amerikalı mütəxəssislər tərəfindən başqa bir reallıqdan səslənən cavab kimi qiymətləndirilir. Onlar hesab edir ki, sarkisyan vəziyyət çıxmaq üçün sualı anlamamamazlıqdan gəlirdi...

“ Ermənistanın imkanları ildən ilə artır. Çünki dünya ermənilərin tolerant olmalarını dərk edir və onların necə çətin şəraitdə yaşadıqlarını anlayırlar. Bizim problemimiz yalnız Azərbaycan deyil, həm də Türkiyənin Azərbaycanı dəstəkləməsidir”.

Avropalı siyasətçi sanki bilərəkdən Ermənistana onun bilərəkdən Türkiyəni sevən Rusiyadan yana seçim etdiyini sübut etməyə çalışırdı. Avrasiya İttifaqı Rusiya və Türkiyənin birliyidir, deyə siyasətçi hətta vurğunu bunun üzərinə də gətirdi.

Bu vəziyyət Ermənistanı qane edirmi? Ermənistan ümumiyyətlə nə istəyir? İrəvan Türkiyə və Azərbaycanla mübarizə apara-apara Rusiyanın ətəyindən necə yapışa bilər axı? Qərb bunu anlaya bilmir.

Beləliklə xarici ekspertlərin fikrincə Serj Sarkisyan Münhen imtahanından kəsilib. O əsas suala doğru cavab verə bilməyib.




Ü.Musazadə

VOİCEPRESS.AZ

Ранее » Niderland Parlamentinin alt palatası “Qondarma Erməni Soyqrımın...« Далее Zaman Ermənistanın əleyhinə işləyir