Paşinyan: "Sarkisyan Abramyanı da, Karapetyanı da aldadıb

YanPress / Manşet

270

Paşinyan:
Ermənistan konstitusiyasında baş nazirin müavini anlayışı yoxdur.

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Yelk Blokundan olan deputat Nikol Paşinyan söyləyib.

“2015-ci ildə ehtiyac olmadığı halda yeni konstitusiya qəbul edildi. Ovik Abramyan o zaman düşünürdü ki, super-baş nazir o olacaq. Serj Sərkisyan isə Abramyanın belə düşünməsinə izn verirdi. Serj Sərkisyan sonra Karen Karapetyanı dəvət etdi və dedi ki, Karen can, indi mən elan etmişəm ki, baş nazir olmaq istəmirəm, hakimiyyəti sənə qoymaq istəyirəm. Karen Karapetyan da düşündü ki, super-baş nazir özü olacaq. İndi isə hakimiyyətin verilməsi vaxtı çatıb və Karapetyana başqa şeylər deyilir. Belə çıxır ki, Serj Sərksiyan gözlərinə bax-baxa Karapetyana atır. İndi də atma prosesini yumşaltmaq üçün yeni mükafat – baş nazirin birinci müavini vəzifəsini düşünüblər. Siz konstitusiyadan danışırsınız, amma bu, sadəcə Serj Sərkisyanın üzərinə biçilmiş kostyumdur. Nəticədə belə çıxır ki, xalq da aldadılıb. Ona görə ki, Sərkisyan hakimiyyətdə qalmayacağını demişdi. Onlar xalq üçün də sürpriz hazırlayıblar. Bu sürpriz isə Ermənistanın Britaniyadakı optimist, gülərüz səfiridir. Prezidentin əlindən Baqramyan-26-da yerləşən iqamətgahı alınacaq. Yeni prezidentə deyəcəklər ki, sənə yeni mənzil verəcəyik, amma sən gülməyə davam et. Biz isə bu zaman çərçivəsində ciddi institusional reformlar həyata keçirəcəyik”, – deyə o bildirib.

VOİCEPRESS.AZ


Ранее » Sarkisyan məmurlara Qarabağda əsgərlərə baş çəkməyi qadağan etdi« Далее Avronest PA-nın iclasında Metsamor AES-in məsələsi qaldırılıb