Erməni ekspert: "Bu, İrəvana ciddi xəbərdarlıqdır"

YanPress / Manşet

837

Erməni ekspert:
“Kreml hesabatı” Ermənistan elitası üçün həyəcan təbili olmalıdır.

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında erməni siyasi ekspert Aqasi Yenokyan söyləyib.

“Bu siyahıda təkcə Samvel Karapetyanın yox, digər erməni oliqarxların - Daniil Xaçaturov və Sergey Qalitskinin (Arutyunyan) də adları var. Lakin bizim əsas həyəcanımız Samvel Karapetyanla bağlıdır. Bu təkcə bizim onunla etnik bağlarımızın olması baxımından deyil. Karapetyan Ermənistana Kreml tərəfindən kurator təyin edilib. Karapetyanın adının siyahıda olması Ermənistan üçün ciddi xəbərdarlıqdır. Bu siyahı vasitəsilə buradakı insanların bütün kontaktlarını şübhə altına almaq üçün əsas yaradılır. Buna görə də ölkənin siyasi və biznes elitası təhdid altındadır”, - Yenokyan bildirib.

VOİCEPRESS.AZ


Ранее » Erməni politoloqu İsgəndəryan: “Aprelə qədər baş nazirin kim...« Далее Sərkisyan: "Ermənistanda miqrasiya axını azalmayacaq, iqtisadiyya...