Erməni jurnalisti : “Serj Sarkisyan potoloji yalançıdır...”

YanPress / Manşet

702

Erməni jurnalisti : “Serj Sarkisyan potoloji yalançıdır...”

VOİCEPRESS.AZ-ın Ermənistanın asparez.am saytına istinadən Erməni jurnalisti Levon Barseqyanla müsahibədən bir hissəni oxucuların diqqətinə təqdim edir.

Məlumata görə, erməni jurnalisti prezidenti vədinə sadiq olmamaqda ittiham edir: “ Serj Sarkisyan potoloji yalançıdır. Sözünün ağası deyil. Mütəmadi olaraq, o yalan danışır, yalandan vədlər verir. Hər kəsə də yalan faktlar göstərir. O hələ 2014-ci ildə Sarkisyan bir daha prezidentliyə namizəd olmayacağına dair rəsmi bəyanat vermişdi. İndi isə əlindən gələni edir ki, təki kürsü də qalsın. Bunun üçün konstitusiyanı dəyişir...

Onu artıq Ermənistanda heç kəs dinləmir. Bu günlərdə insanları sakitləşdirmək adına yalandan qiymət artımının olmayacağına dair vəd verdilər. O da olmadı... Bu ya əhalini aldatmaqdır, ya da həqiqətən də Serj Sarkisyanın sözünə məhəl qoyan yoxdur. Digər tərəfdən əgər ölkənin qimət siyasətini bir sərəncamla dəyişmək olsa belə, bu ölkə iqtisadiyyatının oliqarxlar və Serj Sarkisyanın ətrafındakılar tərəfindən işğal olunması, zəbt edilməsi deməkdir.
Əgər ölkədə Sarkisyanın fikri ilə qiymət qalxıb- düşürsə, bu ölkə iqtisadiyyatının Sarkisyanın oyuncağına cevrilməsinə dəlalət edir. Qiymət artımına dair Sarkisyanın dur deməsi isə inandırıcı deyil. O heç vaxt bunu etməz”.

VOİCEPRESS.AZ


Ранее » ARMTİMES.COM: “Erməni deputatlar da etirazçılara qoşuldu...”« Далее Erməni jurnalist: “Ermənistanda prezident kürsüsü dövlət büd...
Flag Counter