İrəvanda bir zabit öldü, biri isə...

YanPress

270

İrəvanda bir zabit öldü, biri isə...
İrəvanda baş verən yol qəzası nəticəsində Ermənistan Yol Polisinin bir zabiti ölüb, biri isə yaralanıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, hadisə yanvarın 8-də gecə saatlarında paytaxtın Abovyan küçəsi ilə Sayat-Nova prospektinin kəsişməsində baş verib.

BMV-X6 ilə “Toyota Karola” markalı avtomobillərin toqquşması nəticəsində Ermənistan Yol Polisinin 1-ci zabit taborunun zabiti, “Toyota Karolla”nın sürücüsü 29 yaşlı Yerevan sakini Areq Davtyan ölüb. Avtomobildəki digər sərnişin, onun həmkarı 34 yaşlı Xaçik Qasparyan isə ağır yaralanıb. Məlumata görə, hər iki polis zabiti xidməti vəzifəsinin icra edirmiş.

BMV-X6-nin sürücüsü hadisə yerindən qaçıb.

Qəza ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

VOİCEPRESS.AZ


Ранее » Erməni ekspertdən İrəvanda inqilab xəbərdarlığı« Далее Qarabağda daha bir erməni əsgər öldü