Rus dili Ermənistanda dövlət dili olacaqmı?

YanPress

306

Rus dili Ermənistanda dövlət dili olacaqmı?
Bu gün rus dili Ermənistanda xarici dilin öyrədilməsində ilk və zəruri dil olaraq qalır. Lakin buna baxmayaraq, rus dilinin ölkədəki vəziyyəti və onun statusu mütəmadi olaraq qızğın müzakirələrin mövzusu olur.

Mariya Kalpakçyan məktəbi Moskvada bitirib. Lakin universitetə Yerevanda daxil olan Mariya hazırda jurnalistika fakültəsində təhsili alır. O, 20 il bundan əvvəl Yerevanda açılan Rusiya-Ermənistan Universitetinin təqribən 3 min tələbəsindən biridir. İkinci kurs tələbəsi olan Mariya ilə biz universitetin həyətində görüşdük. Yanımızdan gah rusca, gah da erməni dilində danışan tələbələr keçib gedir.

"Xaricdə təbii ki, ingilis dili əsas sayılır. Lakin sən əgər Ermənistanda yaşayırsansa, ən azı rus dilinin əsaslarına sahib olmalısan", - deyə Mariya inamla söyləyir.

Ermənistanda rus dilini bilməyin vacib olmasıyla yanımızda dayanan tələbələr də razılaşır. "Ermənistanda rus dilinin dövlət statusu olmalıdırmı?" sualına həmsohbətlərim emosional reaksiya verirlər.

"Bu Rusiyada rus dilindən başqa danışılan digər dillərin də dövlət statusu olmasını demək kimi bir şeydir. Yox, əlbəttə ki yox və birdəfəlik yox!"- deyə Mariyanın həmsöhbəti Liza Nazaryan söhbəti kəsir.

Ağrılı məsələ
Liza fəlsəfə fakültəsində təhsil alır. O, erməni məktəbini bitirib, lakin rus dilində sərbəst danışır. Onun istifadə etdiyi dərsliklərin əksəriyyəti də rus dilində nəşr olunub.


Əgər sən Ermənistanda yaşayırsansa, heç olmasa rus dilinin əsaslarını bilməyə məcbursan. Tələbə Mariya belə düşünür
"Uşaqlıqdan yayda dincəlmək üçün Rusiyaya çox getmişəm. Rus dili mənim üçün doğma dildir, demək olar ki erməni dilinə bərabərdir. Bəlkə də ondan da artıqdır. Lakin mən erməni dilinin statusunu alçaltmıram", - o, izah edir.

Ermənistanda bu cür düşünənlər çoxdur. Rus dilinin geniş yayılmasına baxmayaraq, erməni dili statusunun vahid dövlət dili kimi şübhə altına alınması cəhdləri erməni ictimaiyyətində ağrılı reaksiyalar yaradır.

Ermənistan bu gün Rusiyanın Cənubi Qafqazdakı sadiq müttəfiqi və Avrasiya İqtisadi Birliyinin yeganə üzvüdür, hansı ki, orada rus dilinin rəsmi və dövlət dili statusu yoxdur. Təqribən 3 milyon əhalisi olan ölkədə əhalinin bir faizi rus dilini doğma dili adlandırır.

Lakin Ermənistan paytaxtının küçələrində tez-tez rus dilində yazılmış lövhələrə rast gəlmək olur və rəsmi məlumatlara görə, sakinlərin yarıdan çoxu rus dilində sərbəst danışır. Bununla yanaşı kütləvi informasiya vasitələrində mütəmadi olaraq Ermənistan əhalisi arasında rus diliylə bağlı problemlərin olması barədə materiallar dərc olunur və rus dilinə rəsmi statusun verilməsinin mümkünlüyü barədə qızğın müzakirələr aparılır.

"Rus dilinin Ermənistanda ikinci dil olması barədə ideya daima irəli sürülür. Bu buterbrodun içindəki kolbasa kimidir - o, görünmür, amma var", - Ermənistan Beynəlxalq Əlaqələr və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Meqrabyan deyir.

Bu ilin iyul ayında Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin bəyanatı Ermənistanda ajiotaj yaratmışdı. Spiker rus dilinin statusunu Ermənistanda rəsmən möhkəmlətməyi təklif etmişdi. O, bu təklifini Rusiyada qüvvəyə minən, xarici hüquqlara sahib olan sürücülərə Rusiya ərazisində işləməyi qadağan edən yeni qanunla əlaqələndirmişdi.

"Mən yalnız bir şeyi deyə bilərəm. Rus dilini rəsmi dil kimi möhkəmləndirin və o zaman qanunun aliliyi avtomatik olaraq Ermənistan Respublikasını da əhatə edəcək", - deyə Volodin Ermənistan Milli Məclisinin sədri Ara Babloyanla görüşdə bildirib.

Sentyabrda Ermınistanın Təhsil və Elm Nazirliyi tərəfindən rus dilinin ayrıca öyrənilməsi konsepsiyasının ictimaiyyətin müzakirəsinə təqdim olunması yalnız odun üstünə yağ tökdü və yeni şübhələr dalğası yaratdı.

Vyaçeslav Volodin (sağda) Ara Babloyana rus dilini Ermənistanda rəsmi dil etməyi təklif edib
Nazirlik deyir ki, ictimaiyyətin qorxmağa əsası yoxdur. Konsepsiyanın özü isə rus dili kimi, digər xarici dillərin müxtəlif vasitə və təcrübəni nəzərə alaraq tədrisin effektliyini artırmaq məqsədilə hazırlanıb.

"Əsas təhükə rus dilinin tədricən dövlət dili kimi tətbiq olunması barədə idi. Heç kimdə belə bir ideya və məqsəd olmayıb... Bu konsepsiyada elə ilk cümlədəcə onun qanunvericilik səviyyəsində yazıldığı göstərilib: Ermənistanda dövlət dili erməni dilidir və kimsə heç cürə bunu şübhə altına ala bilməz", - deyə BBC-yə müsahibə verən təhsil və elm nazirinin müavini David Saakyan bildirib. Onun sözlərinə görə, rus dili üçün ayrıca konsepsiyanın hazırlanması Ermənistan məktəblərində zəruri qaydada tədris edilən rus dilinin ilk xarici dil olmasıyla əlaqədardır.

Bundan başqa rus dilinin ayrıca konsepsiya hazırlanan digər dillərdən təcrid edilməsinin başqa səbəbi də var. Rus dilində kirill əlifbasından, Avropada isə latından istifadə olunur. Saakyan belə deyir.

Müvəqqəti sakitlik

"Rus dili nə bu gün, nə də gələcəkdə Ermənistanda rəsmi status alacaq və erməni dili Ermənistanın yeganə dövlət dili olacaq", Ruben Meqrabyan buna əmindir.

"Ermənistan rəhbərliyi erməni ictimaiyyətindəki əhval-ruhiyyədən xəbərdardır və dil məsələsində onların siyasəti dəyişəcəyi təqdirdə hansı münasibəti gözlədiklərini də bilirlər. Ona görə də onlar bu addımı atmazlar", - o deyir.

Ermənistanda rus dilində lövhələrə rast gəlmək nadir hadisə deyil
Lakin ekspertin fikrincə, Volodinin bəyanatı təsadüfi deyildi və Rusiyanın yürütdüyü siyasəti əks etdirir.

"Rusiya bu mövzuda özünün imperiya ambisiyalarından və davranışlarından əl çəkmək niyyətində deyil. Dil isə imperiya təsirinin əsas amillərindən biridir. Nəsillərin dəyişməsi və Sovet İttifaqının dağılmasından sonra rus dili qaçılmaz olaraq öz mövqeyini itirir. Rusiya dövlətinin rusların müəyyən statusunu təsdiq etmək üçün etdiyi cəhdlər onların zamanı geri çevirmək istəyi kimi də dəyərləndirilə bilər ",- o, deyir.

Volodin rus dilinin statusu ilə bağlı verdiyi bəyanatla erməni ictimaiyyətində narazılıq yaradan ilk və tək insan deyil.

Bir il əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin Rusiya ilə xüsusi əlaqələri üzrə yenicə təyin olunmuş səfiri Eleonora Mitrofanova tərəfindən verilmiş bəyanat Ermənistanda böyük rezonansa səbəb olmuşdu .

Mitrofanova o zaman bəyan etmişdi ki, keçmiş SSRİ ölkələrində rus dilinə qanuni statusun verilməsi məsələsi Rusiyanın xarici siyasət gündəmində olmalıdır.

Ekspertləri Rusiyanın keçmiş sovet postməkanında öz təsirini qoruyub saxlamaq cəhdləri narahat edir
Meqrabyanın sözlərinə görə, hazırkı mərhələdə rus dilinin satatusu ətrafında söhbətlərin az da olsa səngiməsinə baxmayaraq, bu sakitlik uzun sürməyəcək.

"Biz bu cür cəhdlərlə hələ çox qarşılaşacağıq. Biz bununla yaşamalıyıq və erməni dilinin mövqeyini müdafiə etməliyik. Rusiya anlamalıdır ki, bütün tarixi hadisələrə baxmayaraq, erməni dili XXI əsrə qədər gəlib çıxıbsa, demək bu cəhdlər elə əvvəldən uğursuzluğa məhkumdur.", - o deyir.

İlk əcnəbi
"Əlbəttə ki, Ermənistan və Rusiyanın tarixi o qədər əlaqəlidir ki, rus dilini bilməyin ləyaqətini azaltmaq sadəcə mümkün deyil. Dil bilmək, o cümlədən rus dilini bilmək müasir təhsilin tələbidir", - Yerevanın mərkəzində yerləşən 29 nömrəli orta məktəbin direktoru Ruzanna Saruxanyan deyir.

Dəhlizin və sinif otağının divarları erməni və rus dilində plakatlarla, həmçinin rus yazıçılarının portreti ilə bəzədilib. Məktəbdə 109 şagirdin təhsil aldığı bir neçə rus sinfi açılıb. Bu isə təqribən məktəbdə oxuyan bütün şagirdlərin altıda biri deməkdir.

Saruxanyanın sözlərinə görə, rus dilinin Ermənistandan intensiv şəkildə çıxdığı bir dövr vardı, lakin bu gün rus və digər xarici dillərə olan maraq yüksəkdir.


Müəllimlərin sözlərinə görə, Ermənistanda xarici dillərin, o cümlədən rus dilinin öyrənilməsinə böyük marağın olduğu qeyd edilir
Sovet dövründə Ermənistanda həm rus, həm də erməni məktəbləri vardı. Rus dili erməni assosiasiyasının icraçı katibi və Rusiya-Ermənistan Universitetinin Rus Ədəbiyyatı İnstitutunun direktoru Arşak Sarkisyanın sözlərinə görə, onlarda tədrisin keyfiyyəti daha yaxşı hesab edilirdi. Ona görə də, bəzi etnik ermənilər öz uşaqlarını rus məktəblərinə qoyurdular.

1990-cı illərin əvvəlində dövlət məktəbləri erməni dilində tədrisə keçməyə başladı. Sarkisyan bu prosesin rus məktəblərində təhsil alanlar üçün kifayət qədər ağrılı məsələ olduğunu deyir.

"Altıncı sinifə qədər olanları erməni məktəbinə keçirdilər və onlar tədricən erməni dilinə keçdilər. Böyük olanlara isə sona qədər oxumağa icazə verdilər. Lakin bu çox kəskin addım oldu və hər kəsin xoşuna gəlmədi. Amma mən düşünürəm ki, bu doğru idi", Sarkisyan bildirir.

O gündən bu yana Ermənistandakı dövlət məktəblərində təhsil erməni dilində tədris olunur. Lakin rus dilində tədris olunan siniflər də var.

Təhsil və elm nazirinin müavinin sözlərinə görə, bu cür siniflərdə yalnız milli azlıqların nümayəndələri, valideynlərindən biri və ya hər ikisi Ermənistan vətəndaşı olmayan uşaqlar və ya azı 5 il rus məktəbində təhsil alan uşaqların oxumaq hüququ var.

Bununla yanaşı, ilk yerdə olan rus dilinin xarici dil kimi öyrədilməsi zəruridir. Rus dili ikinci sinifdən tədris olunur. Xarici dillərdən ikinci yeri məktəb seçimindən asılı olaraq ingilis, alman və ya fransız tutur. Bu dillər üçüncü sinif proqramına tətbiq edilib.

Eyni zamanda, erməni abituriyentlərə və tələbələrə Rusiya təhsil müəssisələrində təhsil almaq təklif olunur. Yerevandakı Rusiya Elm və Mədəniyyət Mərkəzinin məlumatına görə, Rusiya tərəfi hər il Ermənistan vətəndaşlarına federal büdcənin vəsaiti hesabına təhsil alması üçün 200-ə yaxın dövlət təqaüdü ayırır.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya-Ermənistan Universitetindən savayı ölkədə 7 Rusiya təhsil müəssisəsinin, o cümlədən Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir.

"Stabillik təminatı"
Sarkisyanın sözlərinə görə, son illərdə Rusiya tərəfi rus dili müəllimlərinə də dəstək göstərir. Məsələn, hər il soydaşlarının uşaqlarına dərs keçən müəllimlərin ixtisasını yüksəltmək üçün vəsait ayrılır.

"Ümumiyyətlə, bu çox xoşagəlməz idi. Almanlar öz alman dili müəllimlərini dəstəkləyirdi. Britaniya səfirliyi, ABŞ və Fransa öz müəllimlərini. Rusiya səfirliyi isə bizi dəstəkləmirdi. Şükür Allaha ki, son vaxtlar, on il sonra anladılar ki bu düzgün deyil. Yerevandakı Rusiya Elm və Mədəniyyət Mərkəzi bizi dəstəkləməyə başladı", - o, deyir .

Ermənistan XİN-nin məlumatına görə, Rusiyada ən böyük erməni diasporası yaşayır
Rusiya Ermənistanın əsas iqtisadı ortağıdır. Bundan başqa, Ermənistan XİN-nin məlumatına görə, ən böyük erməni diasporası Rusiyada yaşayır. Ekspert qiymətləndirməsinə görə, bu 2,5 milyondan artıq insan deməkdir. Bəzi təhlilçilər bunu ən azı yaxın gələcəkə rus dilinin Ermənistanda aktuallığını itirməyəcəyinin təminatı hesab edirlər.

"Böyük sayda erməni Rusiyada yaşayır. Onlar qayıdırlar, uşaqları özləriylə aparırlar, uşaqlar qayıdırlar. Rus dili həmişə üzdədir və var, xüsusilə mədəniyyətə bağlı olan insanlar arasında", - Sarkisyan deyir.

Rus, yoxsa ingilis?

Sarkisyanın sözlərinə görə, rus dili gənclər üçün təhsil dili olaraq qalır. Ermənistan universitetlərində əvvəliki kimi rus dilində olan dərsliklərin sayı ingilis və erməni dilində olan dərsliklərdən üstündür. Lakin bir çox təhlilçilər hesab edirlər ki, rus dilinin üstünlüyü ilk və zəruri qaydada öyrənilməsi kimi müasir tələblərə cavab vermir.

İngilis dili Ermənistanda bu gün daha çox tələb olunan dildir
Erməni univeristetlərindəki tələbələrin böyük qismi daha çox mövcud olduğuna və kifayət qədər ingilis dilini bilmədiklərinə görə, rus dərsliklərindən istifadə edirlər. Bu fikirlə mədəniyyət antropoloqu və tarixi elmlər namizədi Aqasi Tadevosyan razılaşır.

Onun sözlərnə görə, ingilis dilinə təhsilli gənclər arasında tələbat daha çoxdur.

"Mən müəlliməm və deyə bilərəm ki, nəsillərin gənc nəsilə dəyişməsi prosesində, xüsusilə təhsil almış qismi ingilis dilinə daha çox üstünlük verir", - o deyir.

Onun fikrincə, müsair dünyada erməni məktəblərində öyrənilməsi ilk və zəruri olan xarici dil rus dili deyil, ingilis dili olmalıdır.

"Rus dili regional dildir və Rusiya ilə iqtisadi əməkdaşlığına, xüsusuilə əmək miqrasiyasına görə öz aktuallığını qoruyub saxlayır. Bu baxımdan rus dili lazımdır, lakin ilk xarici dil ingilis dili olmalıdır. Çünki bu dil dünya ilə ünsiyyət dilidir. Bizim məktəblərdə isə əksinə sovet ətaləti davam edir. Üstünlük rus dilinə verilir, məcazi mənada desək doğma xarici dil hesab olunur", - Tadevosyan deyir.

Ermənistanda ilk və zəruri dilin öyrədilməsi seçiminə rəsmi Moskvanın mövqeyi də təsir göstərir. Ekspert bu fikirdədir.

Ekspertlər deyirlər ki, məktəblərdə hansı dilə üstünlüyün verilməsi məsələsini ölkənin mövcud reallığını hesaba almadan nəzərdən keçirmək olmaz
"Rusiya rəsmi səviyyədə tələb etməsə də, rus dilinin Ermənistandakı səviyyəsinin həmişə ölkənin rəsmi təhsil siyasətinin diqqətində olmasına işarə vurub. Bu, əlbəttə ki, vəziyyətə təsir göstərir",- o deyir.

Saakyanın sözlərinə görə, erməni ictimaiyyətində Ermənistanın təhsil sistemində bu gün üstünlüyün rus dilinə deyil, ingilis dilinə verilməsi barədə fikirlərı əsassız adlandırmaq mümkün deyil.

Saakyan deyir ki, lakin ölkənin mövcud siyasi və iqtisadi reallığını nəzərə almadan bu məsələləri nəzərdən keçirmək lazım deyil.

"Mən məsələni siyasiləşdirmək istəmirəm. Lakin Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İttifaqının üzvüdür. Və orada həmən bu rus dili işgüzar dil sayılır. İqtisadi ittifaqda olub bu dili bilməməyi mən düzgün hesab etmirəm",- o deyir.

Nazir müavinin sözlərinə görə, Ermənistanda xarici dillərin, o cümlədən ingilis dilinin tədrisi inkişaf edəcək və burada məqsəd Ermənistan vətəndaşının doğma dilindən savayı ən azı daha iki xarici dil bilməsidir.

Lakin ingilis dilinin ilk və zəruru xarici dil kimi öyrədilməsinin məktəb proqramına daxil edilməsi planı hazırkı mərhələdə yoxdur.(BBC)

VOİCEPRESS.AZ


Ранее » Erməni həmsədr sülh platformasından qovuldu« Далее Müxalifət Yerevanın büdcəsini tənqid etdi