Martirosyan: "Qarabağ savaşı yaxınlaşır"

YanPress / Manşet

3 978

Martirosyan:
Bu gün Qarabağ məsələsində gündəmi Rusiya diktə edir.

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında erməni politoloq Ayk Martirosyan söyləyib.

“ABŞ administrasiya böyük problemlərlə məşğuldur və onu indiki zamanda Ermənistan maraqlandırmır. Fransa da həmçinin Ermənistanla az maraqlanır. Belə ki, Ermənistan Fransanın müstəmləkəsi olmayıb və hətta Fransanın burada marağı ABŞ-dan da azdır. Buna görə də onlar ATƏT-in Minsk Qrupunda çox güc sərf etmirlər. Bunlardan fərqli olaraq, Rusiyanın regionda böyük maraqları var və o, konfliktdən öz maraqları üçün yararlanır. Bu isə başa düşüləndir. Lavrovun İrəvana səfəri Azərbaycana olan təzyiqlərlə bağlı idi. Kreml bununla onu Avrasiya İttifaqına daxil etmək istəyirlər. Azərbaycan Ermənistan deyil. Bu ölkə öz maraqlarını bütün dünyanın maraqlarından daha üstün tutur. Görünür, təzyiq Azərbaycana böyük təsir göstərməyib.

Lavrovun Qarabağın həllinin uzanacağı ilə bağlı İrəvanda səsləndirdiyi fikirlər həqiqət idi. Əgər Azərbaycanın Avrasiya İttifaqına qoşulmaqdan imtina etməsi şübhələrinə inansaq, o zaman bunun tez bir zamanda həll edilməyəcəyini deyə bilərik. Bu, konflikt tərəflərinə təsir rıçaqları baxımında faydalıdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya Türkiyənin Qarabağ məsələsində iştirakının əleyhdarıdır:

“Türkiyə bu problemin həllinə buraxılsa, Rusiyanın tərəflərə təsir vasitəsini dərhal zəiflədə bilər. Türkiyə mütəmadi olaraq bu məsələyə müdaxilə etməyə çalışır və əgər diqqətli olsaq, onun indi də konfliktə müdaxilə etdiyini görərik. Ermənistan daha çox təcrid olunur, Cavaxetiya yekun olaraq ermənilərdən alınır, Naxçıvan hərbi forposta çevrilir və İrəvan təhdid edilir. Türkiyə bu gün bu konfliktdə ən aktiv rolu oynayır”.

Politoloq Qarabağ konfliktinin həllinin hazırda dalana dirəndiyini bildirib:


“Qarabağ konfliktini dalandan üç şey çıxara bilər. Bunlardan birincisi Azərbaycanda destabilizasiya və ciddi daxili çaxnaşma yaranması, ikincisi Ermənistanda eyni prosesin yaşanması və hakimiyyət dəyişikliyi, üçüncüsü isə müharibədir. Dalandan çıxmanın nə ilə nəticələnəcəyini müharibə göstərəcək. İstənilən halda – kompromisin tapılıb-tapılmamasından asılı olmayaraq müharibə yaxınlaşır”.

VOİCEPRESS.AZ


Ранее » Papyan: "Qarabağı qaytaraq"« Далее Azərbaycandan Ermənistana hücum
Flag Counter