Sərkisyan ABŞ-a getdi

YanPress / Manşet

1 305

Sərkisyan ABŞ-a getdi
Ermənistan prezidenti Serj Sərkisyan bu gün ABŞ-a səfər edib.

VOİCEPRESS xəbər verir ki, Sərkisyan Nyu Yorkda, BMT-nin Baş Assambleyasının sessiyasında iştirak edəcək. Prezidentin mətbuat xidmətinin məlumatına görə, onun çıxışı da nəzərdə tutulub. Səfər çərçivəsində erməni prezidentin BMT-nin baş katibi Antonio Quterreşlə görüşü planlaşdırılır. Sərkisyanın digər ikitərəfli görüşlərinin də nəzərdə tutulduğu bildirilib, lakin bu barədə konkret açıqlama verilməyib.

Diqqətçəkən odur ki, S.Sərkisyanın ABŞ-a səfəri barədə son ana qədər məlumat verilmirdi. Lakin Azərbaycan prezidentinin ABŞ-a yollanmasından sonra o da Nyu Yorka səfər etdi. Bu arada, ABŞ-da Qarabağla bağlı prezidentlər səviyyəsində görüşün keçirilə biləcəyi ehtimalı olsa da, bu, real görünmür.

Qeyd edək ki, elə bu gün İrəvandakı “Ermənistan-Diaspora” forumunda çıxış edən S.Sərkisyan Dağlıq Qarabağın “müstəqilliyinin” alternativinin olmadığı barədə təxribatçı bəyanat səsləndirib, bununla da növbəti danışıqların taleyini sual altına qoyub.

VOİCEPRESS.AZ


Ранее » Qarabağda erməni əsgərlər aclıqdan oğurluq edir« Далее Ermənilər təşvişdə: Tramp Bakı və Ankara ilə...
Flag Counter