İrəvandan Rusiya əleyhinə daha bir addım: Kremlin reaksiyası...

YanPress / Manşet

1 188

İrəvandan Rusiya əleyhinə daha bir addım: Kremlin reaksiyası...
Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqının (AİB) üzvü olan Ermənistan növbəti dəfə Moskvanın əleyhinə addım atıb.

VOİCEPRESS xəbər verir ki, Ermənistan XİN rəhbəri E.Nalbəndyan Estoniyanın paytaxtı Tallində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etməyə qərar verdiyini açıqlayıb. Tallində çıxış edən Edvard Nalbəndyan bildirib ki, noyabrda keçiriləcək Brüssel sammitində Ermənistan və Avropa Birliyi arasında tərəfdaşlıq haqqında sazişin imzalanması mühüm nailiyyət ola bilər.

Aİİ üzvü olan Ermənistanın AB və Şərq Tərəfdaşlığı sammitində iştirakı birmənalı qarşılanmır. Bu ölkə “Putin NATO-su”nun (KTMT) üzvü olduğu və Rusiya ilə birgə qoşun birlikləri yaratdığı halda NATO-nun Gürcüstandakı təlimlərinə də qatılmışdı. Lakin Moskvanın sərt reaksiyası səbəbindən NATO-nun sentyabrda baş tutan ikinci təlimində iştirakdan imtina etmək məcburiyyətində qaldı.

Hazırda AB ilə “tərəfdaşlıq müqaviləsi”nə can atan Ermənistanın bu addımına üzvü olduğu Aİİ-nın lideri Rusiyanın reaksiyası maraq doğurur.

VOİCEPRESS.AZ


Ранее » Ermənistanda media azadlığı sahəsində vəziyyət gərgindir« Далее Ermənistan aprel döyüşçüsündən imtina etdi
Flag Counter