Ermənistan ordusunda daha bir müəmmalı ölüm

YanPress / Manşet

1 287

Ermənistan ordusunda daha bir müəmmalı ölüm
Ermənistan sosial şəbəkələrində daha bir hərbi qulluqçunun ölümü barədə paylaşmalar yayılıb.

VOİCEPRESS Ermənistan mətbuatına istinadən bildirir ki, ölən hərbi qulluqçunun yaxınlarının verdiyi məlumata görə, işğal olunmuş Xocavənd rayonunda yerləşən Ermənistan ordusunun bölmələrindən birində sentyabrın 2-də müəmmalı şəraitdə ağır yaralanan, Kanakerdən olan hərbi qulluqçu Qvidov Petrosyan hərbi tibb məntəqəsinə gecikdirildiyindən dünyasını dəyişib.

Hərbçinin valideynlərini qəzəbləndirən isə istintaq sirri olması bəhanəsi ilə Q.Petrosyanın hansı şəraitdə, nə səbəbdən öldüyü, yaxud öldürüldüyü barədə onlara heç bir xəbərin verilməməsidir.

VOİCEPRESS.AZ


Ранее » Ermənilər Qarabağda silah istehsalına başlayır« Далее Ermənistanda da biznesi olan azərbaycanlı Mülkədar batır