Bakı Yerevanın arzusunu ürəyində qoydu...

YanPress / Manşet

4 292

Bakı Yerevanın arzusunu ürəyində qoydu...
VoicePress.az-ın Ermənistanın lragir.am saytına uistinadən verdiyi xəbər görə, İran prezidenti Həsən Ruhani Tehranda Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı bildirdi ki, 2016-cı ilin sonuna qədər İran və Azərbaycan dəmiryollarını birləşdirərək Şimal-Cənub dəhlizinin bir hissəsi olacaqlar.
Ruhaninin bəyanatı Ermənistan-İran dəmir yolunun dəyərini düşməsi deməkdir. Əgər Azərbaycan İranla öz dəmiryolu xəttlərini birləşdirəndən sonra, Kars-Axalkalak-Bakı marşrutu istismara buraxılacaq və o zaman İran qatarları qara dənizə qədər gedib çatacaq. Belə olan halda da 3.2 milyard dollarlıq Ermənistan-İran dəmir yolu Tehran üçün bütün mənasını itirməkdədir.
Daha əvvəl İran bildirmişdi ki, Ermənistan öz ərazisinə düşən sahəni öz boynuna götürsə, o zaman İran öz sərhədlərini Ermənistan sərhədlərinə qədər uzada bilər. Yəni Cuqidən-Meqriyə qədərolan ərazini. Deməli Ermənistan çox çətin qətt edilən ərazidə, Meqridən Erasxa qədər yolu özü salmalıdır. Bu yol Ermənistan üçün çox vacib və mühüm bir rol oynaya bilərdi. Görünür bu İran üçün o qədər də əhəmiyyətli deyil. Əks halda İran bütün dəmiryolunu öz maliyyə hesabına inşa edərdi. Əslində İran və Ermənistan tərəfləri bu gün də dəmir yolu məsələsini müzakirə etməyə davam edirlər. Hətta bu günlərdə İran səfiri tezliklə Ermənistana qiymətləndirmə üzrə işçi qrupunu göndərəcəyini də bildirib. Amma bunun bu dəqiqədən sonra bir effekt verəcəyinə inanmaq olmaz.
Məsələ ondadır ki, Ermənistanın Rusiyadan asılılığı istənilən sərmayə yatırımını şübhə altına qoyur. Rusiya da Ermənistanın görmək istədiyi bütün proyektləri darmadağın etdi. Misal üçün AES-dəki kimi.
Ermənistan da qarşılıqlı əməkdaşlıq edəcək və hər iki tərəfə sərf edəcək nə proyek, nə də təkliflər irəli sürmək iqtidaerında deyil. Deməli Bakı sözün əsl mənasında Yerevandan dəmir yolu layihəsini sözün əsl mənasında aldı. Baxmayaraq ki, İran-Azərbaycan dəmiryolu layihəsi, İran-Ermənistan dəmiryolu layihəsi ilə müqayisə olunmaz. Çünki bu layihələr müqayisə olunmazdır. Belə ki, İran-Azərbaycan dəmir yoluna İran-Ermənistan dəmiryolu layihəsinə yatırılan maddi yatırımdan çox azdır. Burada əslində Bakı Ermənistanın payını əlindən almış olmur. Problem ondadır ki, Ermənistan öz payını heç cür müəyyənləşdirə bilmir. Ona görə də Ermənistan İranla münasibətlərindən olmayacaq gözləntilərdə bulunmamalıdır. Daha yaxşısı daha real sərmayə yatırımlarına diqqət vermək gərəklidir. Azərbaycanın İran üçün Ermənistandan daha önəmli olduğunu demək üçün çox düşünməyə ehtiyac yoxdur. Bunu adi gözlə də görmək mümkündür.
Amma yenə də ümid etmək olar ki, hərbi-siyasi baxımdan İran üçün Ermənistan Azərbaycandan daha önəmli tərəfdaşdır. Azərbaycan bu sahədə yarışa bilməz.






Ülkər

Ранее » Ermənistan nəşri dövlət rəhbərliyini ələ saldı...« Далее Ermənistanın “News.am” saytı: “Ermənistanda doğum azalıb...