Ermənistan nəşri dövlət rəhbərliyini ələ saldı...

YanPress / Manşet

5 120

Ermənistan nəşri dövlət rəhbərliyini ələ saldı...
VoicePress.az-ın Ermənistanın lragir.am saytına istinadən verdiyi xəbər görə, guya bu günlərdə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın nəvəsi könüllü olaraq əsgərliyə yollanıb. Erməni mətbuatları iddia edir ki, həmən şəxs müxtəlif cür bəhanə gətirərək, hərbi xidmətdən yayına bilərdi. əlumata görə, eks prezidentin nəvəsi artıq Ermənistanın hərbi hissələrinin birində xidmət edir.

Bütün bunlarla yanaşı erməni mətbuatı etiraf edir ki, informasiyanın nə qədər erməni reallığına uyğun olub olmaması məlum olmasa da, hazırda Ermənistanda mövcud sistem tamam başqa reallığı əks etdirir. Belə ki, erməni mətbuatının sözlərinə görə, Ermənistanda hökm sürən mövcud sistem açıq ifadə etsək oğuru təfəkkürlü insanların üsul idarəsidir. Yəni hazırda Ermənistanda irəli sürülən siyasətin özəti məhz budur. Əslində bu insanlar arasında ayrı-seçkilik yaradaraq əksildici rol oynamaqdadır. Yəni Ermənistandakı mövcud duruma görə, hərbi xidmətə yalnız və yalnız kasıb ailələrin övladları, kimsəsiz gənclər getməlidir. Guya Ermənistanda cəbhədə xidmət edən əsgərlər “dəstək” ordeni ilə təltif olunur. Amma həmən orden cəbhədəki əsgərlərə çatana qədər həmən əsgərlər artıq sərhəddə ölür və ölməyə də davam edirlər. Yəni atəşgəs-in pozan gülləyə sipər olmağa gedən əsgər Ermənistanın hərbi hissələrində mövcud xaos ücbatından erməni əsərlərinin ölüm səbəblərinin intiharlar, bir-birlərini güllələməkdən ölür. Olan da elə kasıbın dövlət sərhədini qorumağa göndərdiyi oğluna olur.
Erməni nəşri etiraf edir ki, bu boyda erməni ordusunda bir nəfər də olsa “elit” ailənin övladının olmadığını bildirir. O qalmışdı hansısa nazir və ya erməni deputatının övladı hərbi xidmətə getsin. Bu hal o qədər geniş vüsət alıb ki, artıq gizlətmək mümkün deyil,- deyə erməni jurnalisti etiraf edir.



Ülkər

« Далее Bakı Yerevanın arzusunu ürəyində qoydu...