Qarabağda erməni əsgər öldü

YanPress / Manşet

3 157

Qarabağda erməni əsgər öldü
Ermənistan ordusunda daha bir əsgər ölümü faktı qeydə alınıb. VOİCEPRESS-in Ermənistan mətbuatına istinadla verdiyi məlumata görə, əsgər Suren Armen Mosiyanın ölüm səbəbi məlum deyil.

1997-ci il təvəllüdlü əsgərin Qarabağda naməlum şəraitdə qəfildən öldüyü bildirilir.

Ölüm faktı ilə bağlı araşdırmalar başlayıb.

Həmçinin mayın 26-də Ermənistan ordusunda bir gün ərzində iki əsgərin ölməsi barədə məlumat yayılmışdı. Öldürülən Vaqe Yeqoyanın 10 ayın əsgəri olduğu bildirilirdi. Yeqoyanın ölümünə səbəb olan güllə 19 yaşlı əsgərin başından dəymişdi.

Daha sonra ordunun digər əsgəri Akop Qevorkyanın qətlə yetirildiyi barədə məlumat yayıldı. Araşdırmalar nəticəsində məlum olub ki, əsgər mayın 25-də öz xidmət yoldaşı Q.Kosoqoblyan tərəfindən öldürülüb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Kosoqoblyan əvvəl əsgər yoldaşı ilə mübahisə edib. Daha sonra onu döş qəfəsindən bıçaqlayıb.

Qevorkyan xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Q.Kosoqoblyan şübhəli şəxs qismində saxlanılıb.

Mayın 1-nə keçən gecə təmas xəttində atəşkəsin pozulması zamanı qarşı tərəf 1 canlı qüvvəsini itirib. Bu, 1991-ci il təvəllüdlü Aşot Çobanyandır. Erməni əsgər Xocavənd istiqamətində ölüb.

Həmçinin aprelin 30-da cəbhə xəttinin Talış kəndi istiqamətində baş verən atışma nəticəsində hərbi qulluqçular Qarik Movsisyan (1997-ci il) və Vazqen Arutyunyan (1968-ci il) öldürülüb.

Aprelin 27-də Ermənistan hərbçilərinin atəşkəsi pozması nəticəsində ordumuzun qarşı tərəfin hərbi mövqelərinə endirdiyi zərbələr nəticəsində Ermənistan ordusunun daha bir hərbçisi məhv edilmişdi. Ölən 1996-cı il təvəllüdlü Ayk Minasyan adlı əsgər olub.

VOİCEPRESS.AZ

Ранее » General Samvel Babayan Ermənistan ordusunun zəiflyindən danışdı« Далее Ermənilər üsyan edir: "Müdafiə naziri döyüşdə ayağını yox, başını iti...