Rəsmi İrəvan hələ də, Aprel döyüşlərini həzm edə bilmir...

YanPress / Manşet

913

Rəsmi İrəvan hələ də, Aprel döyüşlərini həzm edə bilmir...

Lragir.am : “Astana və Minsk İrəvana qarşı...”




İlin sonu Rusiyada KTMT-nin və Avrasiya İttifaqının iki böyük sammiti keçirildi. Lakin hər iki sammitin natamam iştirakçı heyyəti ilə keçirildiyi bildirilir. Bu da, birmənalı olaraq onu sübut etdi ki, Ermənistan nə təhlükəsizlik, nə də iqtisadi inkişaf baxımından sammit iştirakçıları üçün bir əhəmiyyət kəsb etmir.

VOİCEPRESS-in Ermənistanın lragir.am saytına istinadən verdiyi xəbərə görə, Ermənistan sadəcə hər iki təşkilatın tərkibində girov kimi saxlanılır. Çünki Ermənistanın girov olması Rusiyaya gərəklidir. Çünki Ermənistansız Cənubi Qafqaz Rusiyanın nəzarətindən kənarda qala bilər. Ona görə ki, Cənubi Qafqaz regionun açarı rolunu oynayır ki, bu da, yalnız Rusiyanın marağında deyil.

Bu təşkilatılarda önəmli rolu Rusiya oynayır. Lakin Qazaxıstan və Belarusun da, mühüm rola malik olduğunu vurğulamaq gərəkir. Deməli Ermənistanın KTMT-yə üzvlüyü Astana və Minskın oyununun baş tutması üçün gərəklidir. Lakin xüsusilə onu qeyd etmək gərəkir ki, Astana və Minskin oyunu məhz Ermənistana qarşı yönəlib.

Bu dəfə də, KTMT sədrliyi postunu Ermənistan nümayəndəsinə həvalə edilmədi. Bu isə birmənalı olaraq, Ermənistanın KTMT-dəki üzvlüyünün əhəmiyyəti ilə bağlı düşünmək gərəkdiyini ortaya qoymuş oldu.

Burada necə deyərlər, yeganə “kontrarqument” Ermənistanın KTMT-dən başqa təhlükəsizlik çətirinin olmamasıdır. Lakin Aprel döyüşü bu çətirin də, güvənilər olmadığını sübut etməklə yanaşı, Azərbaycanın sözü gedən təşkilatın üzvü olmaması ilə yanaşı vəziyyətinin Ermənistandan daha yaxşı olması idi.

Əslində Ermənistan KTMT-nin dəstəyi deyədə, Rusiyanın dəstəyini nəzərdə tutur. Baxmayaraq ki, Ermənistanla Rusiya arasında qarşılıqlı hərbi-siyasi razılaşma mövcuddur. Həmin razılaşmaya əsasən, Rusiya Ermənistana qarşı yönəlmiş hər hansısa bir təhlükəyə de-yuri yardım etmək iqtidarındadır.

Deməli KTMT-yə ehtiyac yoxdur. Hətta müəyyən lüqotlar əsasında silahla təchizata belə ehtiyac duyulmur.

Bunu isə Ermənistanın KTMT-nin üzvlyündən çıxarılması üçün ən qısa yol hesab etmək olar. Bu da, özü özlüyündə KTMT-nin ümumiyyətlə Cənubi Qafqazdan çıxarılması deməkdir. Əslində Aprel döyüşləri onu göstərdi ki, Cənubi Qafqazda təhlükəsizlik sistemi baxımından təcili və geniş islahatlar aparılmalıdır. Əks halda Ermənistan silahlı qüvvələri təkbaşına öz təhlükəsiliyini təmin etmək sorunda qalacaq.

Əslində ümid etmək olar ki, Ermənistanın KTMT-nin üzvlüyündən xilas olması, Ermənistan Silahlı Qüvələrinin mövcud izolasiya şəraitindən xilas olmasına dəlalət edə bilər. Lakin bu şəraitin yaradılması üçün məsələnin Ermənistanın siyasi gündəliyində, xüsusəndə gözlənilən parlament seçkiləri ərəfəsində yer alması gərəkir.



Ülkər Musazadə

VOİCEPRESS.AZ

Ранее » Keçmiş prezidentin etirafları: Ermənistan uçurum qarşısında« Далее Ermənistanda kütləvi ixtisarlar