• 10:01 – Dövlət Komitəsindən seyf oğurlayan keçmiş məhkumun şikayətinə baxılacaq 09:24 – Azərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb - VİDEO 07:38 – Bürc Xəlifə üzərində Yeni Zelandiya baş nazirinin şəkli yayımlanıb 07:23 – Fransalı professor: "Almanlar, italiyalılar və digərləri Azərbaycan muğamını bizdən sonra tanıyıblar" 00:11 – Avropadakı aksiyada Quranı yandırdılar 
  • 11:37 – İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir” 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 14:00 – Nazirlik gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlara münasibət bildirib 

Son 10 gündə bu doğum evində 4 körpə öldü - VİDEO

Son 10 gündə bu doğum evində 4 körpə öldü - VİDEO
Son günlər Bərdə doğum evində doğuş zamanı bir neçə ölüm faktı baş verib. Təkcə son on gündə 4 körpə ölüb. Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda qeyd olunan faktların səbəbləri həm nazirlik, həm də Bərdə rayon prokurorluğu tərəfindən araşdırılır.

VOİCEPRESS.AZ xəbər verir ki, Bərdə rayon mərkəzi xəstəxanasının baş həkimi Rəna Mustafayeva “Xəzər xəbər”ə bildirib ki, xəstəxanaya yerləşdirilən zaman qadınlar ultrasəs müayinəsindən keçib və döldə uşaqların ölü olduğu müəyyən olunub. Qadınların ikisi Tərtər, biri isə Ağcabədi rayonundandır.

Baş həkimin sözlərinə görə, Bərdə rayon doğum evi ikinci dərəcəlidir. Bu səbəbdən regionun ağır xəstə olan hamilələri bu doğum evinə gətirilir.

Həkim bildirib ki, vəziyyətləri ağır olan anaların bətnindən ölü döl xaric edilib.

Uşaqların tələf olması faktı ilə bağlı Səhiyyə Nazirliyindən də bildirilib ki, uşaqlar xəstəxanaya ana bətnində ölü daxil olublar. Bildirilib ki, hadisələrə dair məlumatlar Bərdə rayon Hüquq mühafizə orqanlarına verilib. Nazirliyin Doğuşayardım Komissiyası və Bərdə rayon hüquq mühafizə orqanları birgə araşdırma aparır. Bərdə rayon xəstəxanasıa valideynlərin heç birindən şikayət daxil olmadığı bildirilir.







VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter