• 16:25 – Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar 14:24 – Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək 13:24 – İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır 12:51 – ATƏT-in baş katibi: "Rusiya Cənubi Qafqazda münaqişələrin həllində mühüm rol oynayır" 12:45 – Avropa çempionumuz Dünya Kubokunun finalında 
  • 18:13 – Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər 
  • 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 
  • 10:25 – Baytarlıq Xidməti xəstəliklərə görə toplandı 

N saylı hərbi hissədə ADPU-nun tələbələri bayram konserti ilə çixiş edib


29 dekabrda ADPU-nun Musiqi və onun tədrisi metodikasi kafedrasinin müəllim və tələbələri N saylı hərbi hissədə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş bayram konserti keçirib.

VOİCEPRESS.AZ bildirir ki, tədbirdə prof.M.Dadaşova, prof.T.Bağırova, dos.N.Mirməmmədli, b.m.G.Aslanova, b.m.A.Vəliyev, müəl.G.Bakıxanova, III və IV kurs tələbələri iştirak ediblər.

Gūlnarə Bakıxanova ADPU-nun pedaqoji kollektivi adından hərbiçiləri Dūnya Azərbaycanlılarının Həmrəyliyi və 2019-cu ilin gəlişi munasibəti ilə təbrik etdi, xoş atzularını bildirdi və tələbələrin hazırladığı konsert proqramını təqdim etdi.

İlk olaraq, Həsənli Leyla (kamança), İsmayılov Etibar (tar), S.Rzayev (nağara) - "Heyratı" ritmik mugamını, daha sonra saz ifaçıları Elşən Abbaszadə, Əhməd Almuradov, Aslan Muradoğlu gözəl ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.

Bayram şənliyi saz havaları altında əsgərlərin şux rəqsləri ilə davam edib.

Nailə xanım Mirməmmədlinin müşayiəti ilə Hūseynova Məğfirət popuri, "ADPU-nun səsi" müsabiqəsinin qalibi Həbibzadə Leyla "Azərbaycan" mahnısını ifa edib.

Konsert proqramının sonunda tələbələrdən ibarət xorun ifasında bəstəkar N.Mirməmmədlinin mūşayiətilə "Gözəl Vətən", "Əsgər qardaşlar", "Qələbə marşı" mahnıları səslənib. Tələbələrin çıxışları boyuk coşğu və maraqla qarşılanıb.

Tədbirin sonunda prof.Minarə Dadaşova bütün hərbi heyyətə öz təbriklərini və xoş arzularını bildirdi. Hərbiçilər pedaqoji kollektivə bayram şənliyindəki çıxıslarına görə təşəkkürlərini bildirdilər.

Sonda hərbi hissənin rəhbərliyi keçirilən tədbirə görə təşkilatçılara təşəkkürünü bildirib.


N saylı hərbi hissədə ADPU-nun tələbələri bayram konserti ilə çixiş edib

N saylı hərbi hissədə ADPU-nun tələbələri bayram konserti ilə çixiş edib

N saylı hərbi hissədə ADPU-nun tələbələri bayram konserti ilə çixiş edib



İlahə Bakıxanova

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter