• 15:53 – Deputatlar pensiyalarla bağlı məsələni müzakirə edəcək 15:34 – “Formula-1”də pilotları rəqqaslar müşayiət edəcək 13:57 – Səfirliklərin fəaliyyəti yoxlanıldı, nöqsanlar aşkarlandı 12:50 – 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq - Hamı bu azərbaycanlıdan danışır 10:00 – Zakir Həsənov HHQ-nin təlim-məşq mərkəzinin açılışında - FOTOLAR 
  • 13:00 – Məmmədyarov - Mnatsakanyan görüşü başladı - YENİLƏNİB 
  • 10:57 – Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib 
  • 09:11 – Bakı Dövlət Universitetinin nizamnaməsi təsdiqləndi 

Şamil Ayrımla görüş


Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evinin nümayəndələri Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüblər. Görüşdə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evinin sədri Bilal Dündar da iştirak edib. O, bildirib ki, görüşdə Türkiyədə yaşayan soydaşlarımızın sosial məsələləri ilə bağlı müzakirələr aparılıb: “Türkiyənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar federasiyaya müvəqqəti qeydiyyata düşmələri və uşaqlarını orta ümumtəhsil məktəblərində oxutmaları ilə bağlı müəyyən çətinliklə üzləşiblər. Soydaşlarımızın böyük əksəriyyəti uzun müddətdir Türkiyədə yaşayır və müxtəlif sektorlarda çalışırlar”. Şamil Ayrım isə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evinin fəaliyyətini yaxından izlədiyini bildirib.







VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter