Ərdoğan: "Bu gün deyil də, nə zaman?"

Türk dünyası / Manşet

1 620

Ərdoğan:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dolların lirə qarşısında bahalaşmasına dair açıqlama verib.

VOİCEPRESS.AZ xəbər verir ki, Ərdoğan xalqı narahat olmamağa çağırıb:

“Dollar-mollar bizim yollarımızı kəsməz, heç narahat olmayın. Buradan təkrar söyləyirəm, yastığının altında qızılı, qiymətli kağızları olan varsa, onu nağda çevirsin. Bu, yerli və milli bir mübarizədir. Bizə qarşı iqtisadi müharibə elan edənlərə mənim millətimin cavabı bu olacaq. Bu gün deyil də, nə zaman? Yerli pulumuzla onlara cavab verək!”

Qeyd edək ki, ABŞ Türkiyədə həbsdə saxlanılan amerikalı rahib Endryu Bransonun ittiham edilməsində payı olan Türkiyənin daxili işlər və ədliyyə nazirinə qarşı sanksiya tətbiq edib, həmçinin Türkiyə iqtisadiyyatına zərbə vuracaq işlər görüb.


VOİCEPRESS.AZ

Ранее » Qalın: "Bizi diz çökdürəcəyini zənn edənlər bu milləti tan...« Далее Türkiyədən ABŞ-a cavab