Trampdan Türkiyəyə daha bir zərbə

Türk dünyası / Dünya / Manşet

1 134

Trampdan Türkiyəyə daha bir zərbə
ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisinin iki dəfə bahalaşması barədə qərarı təsdiqləyib.

VOİCEPRESS.AZ xəbər verir ki, Tramp bu barədə şəxsi Tvitter hesabında yazıb:

“Türk lirəsinin çox güclü dollarımız qarşısında sürətlə dəyər itirdiyi bir vaxtda Türkiyədən gələn alüminium və poladın gömrük vergisinin 2 dəfə bahalaşmasını təsdiqlədim. Alüminiumda bu göstərici 20, poladda 50 fazidir. Türkiyə ilə münasibətlərimiz hazırkı dövrdə yaxşı deyil”.

Trampın sözügedən tvitindən sonra dollar 6.38 lirəyə çatıb.

Qeyd edək ki, bu gün səhər saatlarında 1 dollar 6,17 türk lirəsinə çatıb. Dolların dəyəri cəmi üç saat içərisində 59 quruş bahalaşıb.


VOİCEPRESS.AZ

Ранее » Türkiyə ilə geniş münasibətimiz...« Далее ABŞ-dan Türkiyəyə 8 şərt