• 13:19 – Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə... 12:53 – Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı 12:22 – Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı 12:04 – Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi 11:33 – Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır 
  • 10:20 – Elmar Məmmədyarov çilili həmkarına Dağlıq Qarabağdan danışdı 
  • 13:30 – Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir 
  • 00:50 – "Azərpoçt" bayram günlərində də işləyəcək 

Türkman lider: "ABŞ Türkiyənin qarşısında diz çökdü"

Türkiyənin Menbiçə daxil olması bizim üçün vətənə qayıdış deməkdir.

VOİCEPRESS.AZ xəbər verir ki, bu sözləri Suriya Türkman Məclisinin sədri Məhəmməd Vəcihə Cümə deyib.

“Böyük sevinc yaşayırıq, çünki vətənimizə, doğma torpaqlarımıza qayıdacağıq. Amma unutmayaq ki, “Zeytun budağı” hərəkatı olmasaydı, Menbiç əməliyyatı da olmazdı. PKK Menbiç xalqına zülm edirdi. Türkiyəyə, əsgərlərinə minnətdarıq. Onların sayəsində öz evlərimizə dönəcəyik.

ABŞ PKK-nı dəstəkləyirdi, amma nəhayət ki, Türkiyənin iradəsi qarşısında diz çökdü. Türkiyənin bu əməliyyatı ilə təkcə bölgə terrordan təmizlənməyəcək, həm də Suriyadakı siyasi prosesdə müəyyən irəliləyişlər olacaq”, - o bildirib.

Qeyd edək ki, Türkiyə hərbçiləri ABŞ-la razılaşma çərçivəsində Menbiç şəhərinə daxil olub.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter