Türklərlə suriyalılar arasında dava: 3 ölü, 5 yaralı

Türk dünyası

297

Türklərlə suriyalılar arasında dava: 3 ölü, 5 yaralı
Türkiyənin Qaziantep şəhərində türklərlə suriyalılar arasında kütləvi dava baş verib.

VOİCEPRESS.AZ
xəbər verir ki, davaya səbəb yüksək səs tonu ilə danışan Suriya vətəndaşına türklərin xəbərdarlıq etməsi olub. Xəbərdarlıqdan qəzəblənən Suriya vətəndaşı yaxın dostu ilə birlikdə türkiyəli ata və oğula ov tüfəngindən atəş açıb. Hadisə nəticəsində hər iki türk ölüb.

Suriya vətəndaşlarından biri hadisə yerinə gələn polislərlə atışmada ölüb, digəri isə qaçıb. Davaya qarışan 5 nəfərin yaralandığı üçün xəstənaya yerləşdirildiyi bildirilib.

Qeyd edək ki, baş verən davadan sonra Qaziantepdə suriyalılarla türklər arasında gərginliyin artdığı bildirilib. Hadisə ilə bağlı yazılı açıqlama yayan Qaziantep valiliyi bölgədə təhlükəsizliyi təmin etmək məqsədi ilə polislərin gücləndirilmiş iş rejimində çalışdığını bəyan edib.

VOİCEPRESS.AZ


Ранее » Ərdoğandan ordu ilə bağlı təlimat« Далее Səadət partiyasından istefa verib, AKP-yə qatıldılar
Flag Counter