Türk əsgəri Menbiçdə

Türk dünyası

648

Türk əsgəri Menbiçdə
Türkiyə hərbçiləri Suriyanın şimalındakı Menbiç şəhərinin kənarına doğru irəliləyib.

VOİCEPRESS.AZ
-ın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb. Türk hərbi qüvvələrinin ABŞ-la razılaşma çərçivəsində Menbiçin kənar məhəllələrinə daxil olduğu xəbər verilir. Eyni andahavada ABŞ helikopterləri uçmağa başlayıb.

Qeyd edək ki, Menbiç PKK terror təşkilatının Suriya qolu PYD-YPG qruplaşmasının nəzarətində idi. Ərazidə ABŞ hərbi kontingenti də var. Türkiyə və ABŞ arasında əldə olunan razılığa əsasən PYD-YPG qüvvələri bölgədən çıxarılacaq və ərazidə iki müttəfiq ölkənin hərbçiləri keşik çəkəcək. Daha sonra ABŞ və Türkiyə Menbiçdə yerli idarəetmə orqanlarını formalaşdıracaq.

VOİCEPRESS.AZ


Ранее » Gözlər Türkiyədə: hər şey 24 iyunda bilinəcək« Далее Yıldırım: "Xidmət başladı"
Flag Counter