İsrail Türkiyədən bu məhsulların idxalını dayandırdı

Türk dünyası / Dünya / Manşet

630

İsrail Türkiyədən bu məhsulların idxalını dayandırdı
"İsrail Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalını dayandırıb".

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu İsrailin kənd təsərrüfatı naziri Uri Ariel "Tvitter"dəki səhifəsində yazıb.

Belə qərarın Türkiyə və İsrailin ötən gün səfirlərini ger çağırmasından sonra qəbul edildiyi bildirilir.

Mayın 15-də Türkiyənin Baş naziri Binəli Yıldırım müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırıb.

Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Qarşıdurma nəticəsində 55 fələstinli ölüb, 2700-ü yaralanıb.

VOİCEPRESS.AZ


Ранее » İsrail də Türkiyənin baş konsulunu Qüdsdən qovdu« Далее ABŞ-dan Türkiyə şirkətlərinə sanksiya