• 15:49 – İlham Əliyev Nursultan Nazarbayevə zəng elədi 13:19 – Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə... 12:53 – Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı 12:22 – Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı 12:04 – Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi 
  • 22:20 – Zurabişvili azərbaycanlıların kəndinə gəldi 
  • 13:30 – Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir 
  • 00:50 – "Azərpoçt" bayram günlərində də işləyəcək 

Türkiyə ABŞ-dan 220 tonluq qızılını çıxartdı

Türkiyə Mərkəzi Bankı ABŞ-ın Federal Ehtiyat Sistemindən öz qızıl ehtiyatını çıxarıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə bankın illik hesabat sənədində qeyd olunub.

Sənəddə qeyd olunur ki, 2016-cı ilin sonuna Federal Ehtiyat Sistemində saxlanılan Türkiyənin Mərkəzi Bankının qızıl rezervləri 28,689 ton təşkil etsə də, 2017-ci il göstəricilərində bu rəqəm sıfıra bərabər olub.

Qardaş ölkədə bir sıra özəl banklar da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın valyuta məzənnəsinin təzyiqindən azad olmaq və dollara qarşı qızıldan istifadə etmək çağırışına əməl edərək rezervlərini xaricdən çıxarıb. “Xalq Bankı” xaricdən 29 ton qızıl rezervini köçürüb. Ümumilikdə ölkəyə xaricdən 220 ton qızıl rezervinin qaytarıldığı bildirilib.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter