Rusiya Türkiyənin addımlarını "səhv" adlandırdı

Türk dünyası / Dünya / Manşet

567

Rusiya Türkiyənin addımlarını
Rus senator Konstantin Kosaçov Türkiyənin ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyadakı hərbi obyektlərə təşkil olunan hücumu dəstəkləməsinin səhv olduğunu bildirib.

VOİCEPRESS.AZ
Sputnik Azərbaycan-a istinadən bildirir ki, Suriyaya təşkil olunan raket hücumu haqqında "Facebook" hesabından açıqlama verən Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçov Ankaranın hücuma verdiyi dəstəyi səhv hesab edib.

Kosaçov bildirib ki, Türkiyənin Suriyaya qarşı şikayətləri olduğu aydındır: "Ancaq bu, təcavüzkarlığın artırılması üçün əsas deyil. Türkiyənin də yer aldığı dinc həllin həqiqi yolu Cenevrə danışıqlarına dəstək üçün keçirilən üçlü Astana danışıqlarıdır. Qərblilərin raket hücumu, yalnız xəyalda olan kimyəvi anbarlara deyil, Suriyada həll prosesinə də zərbə vurur".

VOİCEPRESS.AZ


Ранее » Türkiyə, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli ...« Далее Rusiya Türkiyə üçün S-400 istehsalına başladı