Çələbi: "Türkün türkdən başqa dostu yoxdur”

Türk dünyası / Manşet

1 746

Çələbi:
Türk Dünyası Parlamentlər Birliyi Novruz bayramı münasibətilə paytaxt Ankarada tədbir təşkil edib.

VOİCEPRESS.AZ xəbər verir ki, tədbirdə Türk Dünyası Parlamentlər Birliyinin sədri Nail Çələbi Novruz bayramının türklər üçün xüsusi dəyərinin olduğunu və 3 min ildən artıqdır, qeyd edildiyini söyləyib.

TDPB sədri bu bayramın türk dünyasına birlik və bərabərlik gətirməsini diləyib:

“Novruzun bütün türk dünyasına birlik və bərabərlik gətirməsini diləyirəm. Mən özünü türk hiss edən hər kəsi Novruz bayramı münasibəti ilə təbrik edirəm. Bu bayramda arzu edirəm ki, türk zülmə məruz qalmasın və işğal altında olan türk torpaqları tez bir zamanda geri qaytarılsın”.

Daha sonra Çələbi bildirib ki, terrorçulara və terrora dəstək verən ölkələrə qarşı türk dünyasının bir olmalıdır:

“Terrorçulara və terrora dəstək verən ölkələrə qarşı türk dünyası artıq bir olmalıdır. “Zeytin budağı” hərəkatında Türkiyəni tək qoymayan yalnız türk dünyası dövlətləri və xalqları oldu.

Biz bir daha bunun şahidi olduq ki, türkün türkdən başqa dostu yoxdur”.

Bayram mərasimdə TDPB sədri Nail Çələbi, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, bir çox millət vəkilləri, birliyin fəxri üzvi Yüksəl Değercan və bir çox ictimai şəxslər tonqalın ətrafına yığışıblar.

Qeyd edək ki, təbirin sonunda ziyafət təşkil edilib.


VOİCEPRESS.AZ

Ранее » Ərdoğandan ABŞ-ın Afrin bəyanatına« Далее Ərdoğan: "ASO "Fərat qalxanı" hərəkatında 614, "Zeytun buda...