Türk ordusu Afrini tərk etmək istəyənlərin təhlükəsizliyinə zəmanət verir

Türk dünyası

342

Türk ordusu Afrini tərk etmək istəyənlərin təhlükəsizliyinə zəmanət verir
Türkiyə Silahlı Qüvvələrindən Afrin bölgəsinin mülki vətəndaşlarına xəbərdarlıq edilib.

VOİCEPRESS.AZ
putniknews-a istinadla xəbər verir ki, xəbərdarlıqda mülki vətəndaşlara TRT radiosunu dinləmək də tövsiyə olunub.

"Hörmətli, Afrinli qardaşlarımız, PKK/PYD/YPG/İŞİD terror təşkilatları illərdir sizə də, bizə də həm maddi, həm də mənəvi ziyan vurur. Sizi evinizdən, yurdunuzdan məhrum edib, sevdiklərinizdən ayırdılar. Terrorçuları dayandırmağın vaxtı çatıb. Bizim hədəfimiz sizə əziyyət edən terrorçulardır.

Terrorçulardan, onların sığınacaqlarından uzaq durun. Sizi və uşaqlarınızdan qalxan kimi istifadə etmələrinə icazə verməyin.

TSQ Afrini tərk etmək istəyənlərin təhlükəsizliyinə zəmanət verir.

TRT radiosunu dinləyin".

Qeyd edək ki,Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb. Bu günə qədər 3500-dən çox terrorçu öldürülüb.

VOİCEPRESS.AZ


Ранее » Davudoğlu geri qayıdır« Далее "Türkiyə qoşunları Mənbicə doğru hərəkət edir"
Flag Counter