Yıldırımdan 11 qızın ölümünə reaksiya: "Bu cür davranışların bizim inancımızda yeri yoxdur"

Türk dünyası

783

Yıldırımdan 11 qızın ölümünə reaksiya:
Kiminsə başına gələn bədbəxt hadisəyə sevinmək insanlıqdan kənardır.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım İranda 11 nəfərin ölümünə səbəb olan təyyarə qəzası barədə sosial şəbəkə istifadəçilərinin yazdığı kəskin fikirlərə münasibət bildirərkən deyib.

“Bir insanın deyil, hətta bir canlının belə ölümünə sevinmək geridə qalmış bir ruhun təzahürüdür. Bu cür davranışların bizim inancımızda yeri yoxdur. Ürəyi yaralanan ailələrə başsağlığı verməyi bacarmayanlar heç olmasa susmalıdır”, - Yıldırım bildirib.

Qeyd edək ki, İranın cənub-qərbində Türkiyəyə məxsus təyyarənin qəzaya uğraması nəticəsində “Başaran Holdinq”in rəhbəri Hüseyn Başaranın qızı və 7 rəfiqəsi, həmçinin 3 heyət üzvü olmaqla, 11 qız həlak olub. Qızların Dubayda keçirilən “Subaylığa vida partisi”ndən qayıdarkən qəzaya düşdüyü bildirilir.

VOİCEPRESS.AZ


Ранее » Türkiyə ordusu 2 şəhid verdi« Далее Türkiyə indi də ekipajsız gəmilər istehsal edəcək