Ərdoğan İraqın şimalında antiterror əməliyyatı keçirəcəklərini bəyan etdi

Türk dünyası / Manşet

729

Ərdoğan İraqın şimalında antiterror əməliyyatı keçirəcəklərini bəyan etdi
Suriyanın Afrin bölgəsində beton tunelləri kim tikib? PYD/YPG terrorçularının bu sistemli tunelləri tikəcək qədər ağılları yoxdur.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti bildirib ki, Afrin bölgəsində həmin tunellər ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə tikilib: "Ancaq o tunellər nəyə yaradı? Afrin şəhər mərkəzində güclü müqavimət göstərəcəyini bəyan edən terrorçular Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yaxınlaşan zaman qaçmağa başlayıblar. Suriyanın Menbic bölgəsini, Fəratın şərq sahilləri, o cümlədən İraqın şimalını terrorçulardan təmizləyəcəyik. Şimali İraqda PKK terror düşərgələrini tez-tez bombalayırıq. Yaxın vaxtlarda həmin əraziləri də tamamilə terrorçulardan təmizləyəcəyik. Kimsə öz torpaqlarını terrorçulardan təmizləyə bilmirsə, bizdən bu torpaqlarda nə etdiyimizi soruşa bilməz".

VOİCEPRESS.AZ


Ранее » Ərdoğan: "Afrinə girdik"« Далее Nizami Gəncəvi Azərbaycan türküdür!