Putinlə Ərdoğanın növbəti görüşünün vaxtı açıqlandı

Türk dünyası / Dünya

1 089

Putinlə Ərdoğanın növbəti görüşünün vaxtı açıqlandı
Rusiya ilə regional məsələlərin həllində işbirliyimizi dərinləşdirmək üçün qarşılıqlı iradə mövcuddur".

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib. O, iki ölkənin dövlət başçılarının dövlətlərarası münasibətlərin və regional problemlərin həllində ortaq iradə göstərdiklərini söyləyib. M. Çavuşoğlu aprelin 3-də Ankarada dövlət başçılarının iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçiriləcəyini açıqlayıb: "Bugünki görüş də məhz bu toplantının keçirilməsinə hazırlıq məqsədi daşıyır".

Nazir iki ölkə arasında bütün sahələrdəki münasibətlərin inkişafını müzakirə edəcəklərini söyləyib: "Təbii ki, ikitərəfli münasibətlərdən başqa, regional problemlərin həlli yollarını da müzakirə edəcəyik. Regional məsələlərin həllində işbirliyimizi dərinləşdirmək üçün qarşılıqlı iradə var. Sizin də qeyd etdiyiniz kimi, bölgəmizdə təkcə Suriya problemi mövcud deyil. Digər problemlər də mövcuddur. Bu problemlər barəsində fikir mübadiləsi aparacağıq".

VOİCEPRESS.AZ


Ранее » Moskvada Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü ...« Далее Afrində 3524 terrorçu zərərsizləşdirilib