Moskvada Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilir

Türk dünyası / Dünya

1 026

Moskvada Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilir
Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlut Çavuşoğlunun görüşü başlayıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə report xəbər verir.

"Görüş proqramı zəngin olacaq. Biz iqtisadi əməkdaşlıq məsələlərini, eləcə də Suriyadakı vəziyyət müzakirə edəcəyik", - S.Lavrov bildirib.

Öz növbəsində, M.Çavuşoğlu deyib ki, iki ölkənin prezidentləri əməkdaşlığın prioritetlərini müəyyən edib.

"Bu görüşdə münasibətlərimizin bütün aspektləri müzakirə olunacaq. Həmçinin görüşümüz aprelin 3-də Ankarada keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq xarakteri daşıyır", - Türkiyə XİN başçısı vurğulayıb.

Türkiyənin xarici işlər naziri diqqətə çatdırıb ki, hazırkı görüş Rusiya-Türkiyə-İran formatında üçtərəfli sammit ərəfəsində əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, əməkdaşlığın bu formatı yalnız Suriya ilə məhdudlaşmır.

VOİCEPRESS.AZ


Ранее » Afrində öldürülən terrorçuların sayı 3400-ə çatır« Далее Putinlə Ərdoğanın növbəti görüşünün vaxtı açıqlandı