Ərdoğan Putinə başsağlığı verib

Türk dünyası / Dünya

792

Ərdoğan Putinə başsağlığı verib
VOİCEPRESS.AZ bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada baş verən sərnişin təyyarəsi qəzası ilə əlaqədar ölkənin başçısı Vladimir Putinə başşağlığı verib.

"Bütün rus xalqına Vladimir Putin şəxsində başsağlığı verirəm, həlak olanların ailələrinə səbr arzu edirəm", deyə Ərdoğan bildirib.

Qeyd edək ki, dünn Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

VOİCEPRESS.AZ


Ранее » Rusiya, Türkiyə və İran prezidentləri görüşəcək« Далее Afrində öldürülən terrorçuların sayı 1500-ü keçdi