Qərargah: "Zeytun budağı" çərçivəsində 21 terrorçu məhv edilib

Türk dünyası

1 386

Qərargah:
Türkiyə Silahlı Qüvvələri cümə axşamı günü "Zeytun budağı" əməliyyatı çərçivəsində 21 terrorçunu məhv edib.

VOİCEPRESS.AZ
bildirir ki, bu barədə Türkiyə SQ-nin Baş Qərargahının bəyanatında bildirilir.

"Suriyanın Afrin şəhərində keçirilən əməliyyat nəticəsində cümə axşamı günü PYD/YPG/PKK və İŞİD terror qruplaşmalarının 21 üzvü məhv edilib. HHQ-i 14 mövqeyə zərbələr endirib. Məhv edilən terrorçuların ümumi sayı 811-ə çatıb", deyə məlumatda bildirilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

VOİCEPRESS.AZ


Ранее » Suriyadan Türkiyəyə atılan raket restorana düşdü« Далее Türkiyə 35 milyard lirə dəyərində 55 yeni layihənin həyata ke...