Türk ordusu Cinderesə girdi

Türk dünyası / Manşet

774

Türk ordusu Cinderesə girdi
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin qərbində yerləşən Cinderes qəsəbəsindəki PYD/PKK mövqelərini bombardman etməyə başlayıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Zeytun budağı” əməliyyatı çərçivəsində hücumlarını davam etdirən türk ordusu Cinderesdəki terror qruplaşmalarına məxsus mövqeləri hərbi təyyarələrlə bombardman edib.

Qeyd edək ki, Cinderes Türkiyə üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, terrorçular məhz bu mövqedən Türkiyənin Reyhanlı mahalını asanlıqla raket atəşinə tuta bilirlər.


VOİCEPRESS.AZ

Ранее » Türkiyəyə 2 raket atıldı« Далее Türk ordusu daha bir yüksəkliyi ələ keçirdi
Flag Counter