Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub

Türk dünyası / Manşet

1 062

Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub
Yanvarın 24-də Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.
VOİCEPRESS.AZ
bildirir ki, danışığ zaman Suriyadaki son hadisələr, o cümlədən Türkiyənin "Zeytun budağı" əməliyyatı müzakirə olunub. Ərdoğan qeyd edib ki, Türkiyə Afrini terrorçulardan təmizləmək məqsədini güdür.

Türkiyə prezidenti həmçinin deyib ki, ABŞ PYD/YPG terrorçularını silahla təmin etməyi dayandırmalıdır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

VOİCEPRESS.AZ


Ранее » Türkiyədə məscid raket atəşinə tutuldu- yaralılar var« Далее Türkiyədən Rusiyanı qıcıqlandıran açıqlama