"Zeytun budağı" əməliyyatı çərçivəsində 260 terrorçu məhv edilib

Türk dünyası

2 835

Türkiyə Hərbi Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək azı 260 terrorçu məhv edilib.
VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə Türkiyənin Baş Qərargahının bəyanatında bildirilir.

Bəyantda deyilir: "Əməliyyat başlayandan azı 260 PYD/YPG və İŞİD terror qruplaşmalarının üzvləri məhv edilib. Əməliyyat plana uyğun olaraq davam edir".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

VOİCEPRESS.AZ


Ранее » Türkiyə ordusu daha bir şəhid verdi« Далее Ərdoğan: Əməliyyat hazırladıq, ancaq Obama bizi aldatdı