Osmanlı sultanı Məsud Bərzaninin babalarını niyə edam etdi?

  • 21-10-2017, 19:45
  • 4 581
Osmanlı sultanı Məsud Bərzaninin babalarını niyə edam etdi?
Türkiyə arxivlərində hazırda İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin nəsli haqda bir-birindən təzadlı çox maraqlı məlumatlar var.
VOİCEPRESS
strateq.az-a istinadən bildirir ki, Bərzani əşirətinin son 300 ildə nələr etdiyi haqda türk araşdırmaçısı Murad Bardakçı arxiv materialları əsasında araşdırma aparıb. Həmin araşdırmanı təqdim edirik:

Türkiyə arxivlərində Bərzan əşirəti haqda yüzlərə sənəd var. Bu sənədlərin, demək olar ki, hamısında 19-cu əsrdən bu günə qədər bərzanilərin dövlətə qarşı heç də xoş olmayan üsyanlarından bəhs edilir.

Adını son illər daha çox eşitdiyimiz Məsud Bərzaninin ailəsi haqqında sənədlər Osmanlı haqda arxivlərdə hamıya açıqdır.

Kimdir bərzanilər?


Bərzanilər Bərzan əşirətinin təmsilçiləri kimi 1800-cü illərin əvvəlindən başlayaraq dövlətə baş qaldırmaqla bölgə tarixinə düşüblər. Bu əşirətin liderləri, adətən, Osmanlı İmperatorluğu, Rusiya və İran arasında manevr etmək, xarici diplomatlarla gizli təmaslar, digər əşirət və hərbi birliklərlə tez-tez savaşa girmək, həmçinin həbs, basqın və s. kimi qarışıq və xoşagəlməz hadisələrlə tarixə həkk olunublar.

O zamanlar "müstəqillik" ifadəsi bölgədə dəb olmadığından arxiv sənədlərində Bərzan əşirətinin ancaq və ancaq Osmanlıya - türklərə qarşı illərlə həyata keçirdiyi üsyanlar haqda çox diqqətçəkən faktlar var. Məsələn, 1914-cü ilin noyabr ayında bərzanilərin niyə edam edilməsi haqda maraqlı məlumatlar.

Güclənən əşirətdə bir-birini əvəzləyən bərzanilər...


Qısa olaraq 1914-cü ilin noyabrında Osmanlı sultanın əmri ilə icra edilən əşirət iderinin edam tarixçəsinə nəzər salaq.

1900-cü illərdə Bərzan əşirətinin başına Şeyx Əbdüssalam geçib. Əbdüssalamın babası Şeyx Məhəmməd dövlətə qarşı baş qaldırdığı üçün Osmanlı şahı Sultan Əbdülhəmidin əmri ilə bugünkü Şimali İraqda yaşadığı ərazidə həbs edilib. O, Türkiyənin Bitlis şəhərinə sürgün olunub. Sürgün həyatı bitdikdən sonra əşirətə dönsə də, qısa müddət sonra vəfat edib.

Şeyx Məhəmmədin Əbdüssalam, Əhməd, Babo, Məhəmməd Siddiq və Mustafa adlarında beş oğlu olub.

Əbdüssalam əşirət lideri seçiləndən sonra Bərzan əşirətinin gücü bölgədə sürətlə böyüyüb. Bərzanilər daha çox silahlanmaya gedərək bölgəyə ciddi ağırlıq qoyublar. Və daha sonra isə Osmanlı dövlətinə yenidən başağırısı yaratmağa başlayıblar. O zamandan başlayan güc toparlama bugünkü Bərzanî ailəsinin də önə çıxmasında müstəsna rol oynayıb.

Rəsmi dil tələbi

Əbdüssalam əşirət lideri olduqdan sonra sələflərindən fərqli olaraq, siyasi müstəvidə fəaliyyət göstərən kürd cəmiyyətləri və partiyaları ilə təmas qurub. O, 1907-ci ildə kürd dilinin bölgədə rəsmi dil kimi qəbul edilməsi, vəzifələrə ancaq kürd dilini bilənlərin təyin olunması, məhkəmə qərarlarının şəriət hökmləri əsasında verilməsi, həmçinin bölgədən toplanan vergilərin ancaq bölgəyə xərclənməsi kimi tələblər irəi sürüb. Bununla kifayətlənməyən Bərzan əşirətinin yeni lideri silahlı basqın və digər əməlləri ilə Osmanlı dövlətinə qarşı problemlər yaratmağa başlayıb. Vəziyyəti belə görən dövlət bölgəyə Dağıstanlı Mehmed Paşanın komandanlığı ilə hərbi birlik göndərib.

Osmanlının hərbi birlik göndərməyindən qorxuya düşən Əbdüssalam sahib olduğu əşirət və torpaqları buraxaraq bölgədən qaçıb. Bərzan əşirətinin nəzarət etdiyi torpaqlara girən Dağıstanlı Mehmed Paşa və əsgərləri Əbdüssalamın ailəsi və qardaşı Mustafanı da həbs edərək Mosula aparıblar. Həmin vaxt üç yaşında olan Mustafa sonraki illərdə "Molla Mustafa Bərzani" kimi tanınıb...

Molla Mustafa Barzani

Xarici "emissarlar"larla gizi təmaslar...


Dağıstanlı Mehmed Paşanın bölgədəki əməliyyatından düz bir il sonra Əbdüssalam Bərzan əşirətinə geri dönüb. Onun dönüşü ilə bölgədə yenidən gərginlik, silahlı döyüşlər başlanıb. Nəhayət, bölgədə sabitliyi uzun müddətli qorumaq üçün Osmanlı hökuməti əşirətlə danışıqlar apararaq keçmişdə baş verənləri unudub, daimi sülhü bərqərar etməyə çalışıb.

Sultan Rəşad

Hətta sülhün daimi olması, əşirətə dövlətin hər hansı bir düşmənliyinin olmamasını göstərmək üçün 17 avqust 1913-cü ildə Sultan Rəşad sonradan "Tələt Paşa" kimi tanınacaq daxili işlər naziri Tələt bəylə Səid Həlim Paşanın istəyi ilə Əbdüssalam Bərzanini "Dördüncü rütbə Osmanlı Nişanı"yla mükafatlandırıb. Amma padşah tərəfindən Əbdüssalama medal verilməsi də bölgədəki gərginliyi yumşaltmayıb. Əksinə, bir az da dərinləşdirib.

Əbdüssalam Bərzaniyə medal verilməsi haqqında Sultan Rəşadın fərmanı

Türk ədəbiyyatının çox önəmli simalarından biri olan Süleyman Nazif Mosul valisi təyin edildikdən sonra bölgədə yenidən silah səsləri, basqın hadisələri çoxalmağa başlayıb.

Süleyman Nazif İstanbula göndərdiyi şifrəli teleqramda "Üsyançılara medal verilməsi dövlətə baş qaldıranlarda bir ümid doğurur", - deyə bəhs edib.

Bundan sonra dövlət yenidən bölgəyə əsgər yeridib. Bu dəfə də əşirətini buraxıb qaçan Şeyx Əbdüssalam müxtəlif ərazilərdə gizlənərək dövlətə qarşı iş aparıb. O, hətta bir ara Ermənistanda da gizlənib. Orada Rusiya çarı Nikolayın təmsilçiləri ilə görüşüb, sonra gizli şəkildə geri qayıdarkən qonaq qaldığı kənddəki evin sahibinin məlumatı əsasında hərbi birlik tərəfindən həbs edilərək Mosula götürülüb.

Süleyman Nazif

"Unutduq, bunları da asın..."

Mosuldakı 16-ci Hərbi Məhkəmə Əbdüssalamla adamlarını 15 noyabr 1914-cü ildə edama məhkum edib. Sultan Rəşad hərbi nazir Ənvər paşanın 24 noyabr tarixində göndərdiyi məhkəmə qərarını iki gün sonra təqsdiq edib. Beləliklə, 26 noyabr 1914-cü ildə Əbdüssalam və adamları Mosulda dar ağacından asılıblar.

Arxiv sənədlərinə görə, bu edam zamanı qəribə olay da yaşanıb. Belə ki, Hərbi Nazirlikdən Mosula göndərilən məktubda "Daha öncə yollanan edam qərarına bəzı adların yazılmasının unudulduğu fərq edilib", - deyə bildirilib və Bərzani əşirətinin daha bir neçə nəfər fəalının edam olunması əmr edilib. Əmr dərhal yerinə yetirilib.

Mosul Hərbi Məhkəməsinin Əbdüssalam Bərzani və adamları haqqındakı edam qərarının ilk səhifəsi

Beləliklə, Əbdüssalamın edamından sonra Bərzan əşirətinin başına 18 yaşlı qardaşı Əhmədgeçib. Ondan illər sonra isə Mustafa Bərzani əşirətə lider gətirilib. Mustafa Bərzaninin oğluMəsud Barzani isə atasının ölümündən sonra Bərzan əşirətinin lideri olub...

Sultan Rəşadın Əbdüssalam Bərzani və adamları haqqndakı edam fərmanı.

Medal əvəzinə diplomatik pasport...

Dövlətlə Bərzan əşirəti arasında 1800-cü ildən bu günə kimi yaşanan gərginiyin qısa xülasəsi belədir. Və göründüyü kimi, dəyişən ciddi bir şey də yoxdur.

Osmanlı dövründə Bərzanilərin liderinə əvvəl medal verilib, sonra asılıb. İllər sonra, yəni 20-ci əsrin sonunda isə Osmanlının varisi olan Türkiyənin mərhum prezidenti Turqut Özalın təlimatı ilə Məsud Bərzaniyə diplomatik pasport verilib...

Məsud Bərzani

İndi də 21-ci əsrdir. 2017-ci ildə dövlət yenə də baş qaldıran Bərzani əşirətini cəzalandırmaq üçün hərəkətə keçir.

25 sentyabr 2017-ci ildə İraq Kürd Muxtariyyətinin lideri olan Məsud Bərzaninin referendum keçirib, bölgədə yeni dövlət - "Kürdüstan" dövləti elan etmək cəhdinə qarşı dünən Türkiyə Böyük Millət Məclisi toplanaraq qərar qəbul edib. Bəli, 21-ci əsrdə məclis dövlət və onun qollarına yenə bu əşirətin liderini ağır cəzalandırmaq səlahiyyəti verib...

Bəs bundan sonra nələr baş verəcək? Növbəti Bərzanini dar ağacından asmaq mümkün olacaqmı?


Önümüzdəki günlər və ya aylarda proseslərin hansı istiqamətdə cərəyan edəcəyini görəcəyik...

Sonda isə Osmanlı dönəmində Mosul valisi olmuş Süleyman Nazifin hələ o zaman dövlətin sultanına yazdığı öngörmənin günümüzdə də nə qədər doğru olduğunu bir daha təkrarlamağa ehtiyac var: bəli, medal vermək, təltif və iltifatlar üsyançılarda ancaq baş qaldırmaq ümidi yaradır, başqa heç nəyə yaramır...

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Dünən, 15:45Deputat: "NATO-nun Türkiyəyə qarşı bu hərəkəti təəssüf doğurur" Dünən, 15:41Rusiya, İran və Türkiyə razılığa gəldilər Dünən, 15:15Türkiyə sahillərində zəlzələ olub Dünən, 15:00Azərbaycanın şərti var ki, silah daşınmasın... Dünən, 14:51Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu Dünən, 14:31Konte: ““Qarabağ”la matç mövsümün ən vacib oyunu olacaq” Dünən, 14:19Bakıda yeni doğulan körpəni küçəyə atdılar Dünən, 14:07Türkiyə, Rusiya və İran XİN rəhbərlərinin görüşü keçirilir Dünən, 13:55Ermənistanda çavuş və əsgər hərbi hissədən qaçdı Dünən, 13:44Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir Dünən, 13:38Naxçıvanda tanklar hərəkətə gətirildi, helikopterlər havaya qaldırıldı Dünən, 13:14Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək Dünən, 08:29Türkiyədə ABŞ prokurorlarına qarşı cinayət işi başlanıb Dünən, 03:49Odessada etirazçılarla qarşıdurma zamanı azı 20 polis əməkdaşı xəsarət alıb Dünən, 01:41İspaniyanın baş prokuroru Argentinada vəfat edib Dünən, 00:38Ərdoğan: “NATO-ya etibar ciddi suallar doğurur” 18-11-2017, 22:19NATO-nun baş katibi təlimlərdəki insidentə görə bir daha Ərdoğandan üzr istəyib 18-11-2017, 20:23Prezident Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif edib - SİYAHI 18-11-2017, 14:47Zaqatalada fındıq festivalı keçirilib 18-11-2017, 13:30Millət vəkili: "Türkiyəyə qarşı belə tərbiyəsizliyə yol verilməməli idi" 18-11-2017, 12:35İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib 18-11-2017, 11:44IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib 18-11-2017, 08:55Həmsədrlərə dedim ki, bir-birimizi aldatmayaq - XİN rəhbəri 18-11-2017, 08:12Rusiya mətbuatından sensasion iddia:"Ərdoğanla Putin razılaşdı, 5 rayon Azərbaycana qaytarılacaq" 17-11-2017, 18:17Azərbaycanda zəlzələ oldu - Rəsmi 17-11-2017, 17:38Səudiyyə şahzadələrini azadlığa buraxır 17-11-2017, 17:19Millət vəkili Milli Məclisdə sosial reklamların vacibliyindən danışıb 17-11-2017, 16:35NATO- Türkiyədən üzr istəyirik... 17-11-2017, 16:00Ərdoğan: “ABŞ İŞİD-ə çoxlu dollar verib və onların ssenarisini bilirik” 17-11-2017, 15:44İŞİD ərazisinin 95%-ni itirib 17-11-2017, 15:30Qənirə Paşayeva Milli Qəhrəmanlara büstlərin qoyulması ilə bağlı qanunvericilikdə yaranmış boşluqların aradan qaldırlması təklifini irəli sürüb 17-11-2017, 15:17Zimbabve prezidenti çevrilişdən sonra ilk dəfə insanların önünə çıxdı 17-11-2017, 15:09Lavrov Bakıya iki günlük səfərə gəlir 17-11-2017, 15:05Bolqarıstan parlamentinin spikeri istefa verdi 17-11-2017, 14:56Siyavuş Novruzov: “Müdafiə naziri parlamentdə hesabat versə, onu hərə bir cür açıqlayacaq” 17-11-2017, 14:44Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi 17-11-2017, 14:28“İt ili”ndə bəşəriyyəti nə gözləyir? 17-11-2017, 14:20Lerikin Yardımlıya birləşmək istəyən kəndləri ilə bağlı İcra Hakimiyyətindən RƏSMİ CAVAB 17-11-2017, 14:11“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanun dəyişdirildi 17-11-2017, 13:57Azərbaycanda "Rəşadət” ordeni təsis edilib
Все новости
VİDEO

© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir