Ərdoğan İspaniya kralına başsağlığı verib

Türk dünyası / Dünya / Manşet

1 449

Ərdoğan İspaniya kralına başsağlığı verib
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İspaniyanın kralı VI Felipeyə Barselonanın mərkəzində törədilən terror aktı ilə əlaqədar başsağlığı verib.

Türkiyə başçısı İspaniyada baş verən terror aktını qətiyyətlə pisləyib.

Ərdoğan həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını diləyib.

Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 119 nəfər xəsarət alıb. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

VOİCEPRESS.AZ


Ранее » Dövlət çevrilişinə cəhd Türkiyəyə 17 milyard dollar ziyam vur...« Далее Türkiyənin baş naziri Barselonadakı terror aktını pisləyib