Nəzir Ramazanov: “BMT öz sessiyalarını Cenevrədə yox, ilk dəfə olaraq məhz Bakıda keçirəcək”

  • 8-09-2016, 10:28
  • 2 685
Nəzir Ramazanov: “BMT öz sessiyalarını Cenevrədə yox, ilk dəfə olaraq məhz Bakıda keçirəcək”
Bu gün artıq Azərbaycan dünya ölkələri arasında neft-qaz ixrac edən ölkə kimi tanınmaqla bərabər bərpa olunan enerji sahəsində də, gənc və mütərəqqi təcrübəyə malik bir ölkə kimi tanınır”

“Bakı forumu çərçivəsində ilk dəfə olaraq, BMT AİK regionunda bərpa olunan energetikanın vəziyyətinə dair beynəlxalq konfransın və BMT sessiyalarının keçiriləcəyi nəzərdə tutulub…”

VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosu Bakıda keçiriləcəyi nəzərdə tutulan 7-ci Davamlı İnkişaf üçün Enerji beynəlxalq Forumun önəmliyini nəzərə alaraq, Alternativ və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəsmi nümayəndəsi ilə olduqca maraqlı söhbətə nail olub.

VOİCEPRESS sizə Texniki elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri Üzrə Dövlət Agentliyi, sədrin energetika məsələləri üzrə müşaviri, BMT- nin Avropa İqtisadi Komissiyasinin Davamlı Enerji Komitəsinin Bürosu üzrə sədr müavini, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) və Əbu Dabi İnkişaf Fondunun (ADFD) Mütəxəssislər Panelinin üzvü Nəzir Ramazanovdur:


- Oktyabrın 18-21 tarixlərinə təsadüf edəcək 7 ci Davamlı İnkişaf üçün Enerji Beynəlxalq Forumuna məhz Azərbaycanın müstəqillik günündə start verilməsi təsadüfüdürmü sizcə?

- Əlbəttə, bu öncədən düşünülmüş önəmli faktordur. Belə ki, forum həm 18 oktyabr Dövlət Müstəqilliyi günü, həm də 20 oktyabr enrgetiklərin peşə bayramı gününə təsadüf edir.

-Burada mən deyərdim, bir qədər siyasi yanaşma tərzi hiss olunur. Bildiyimiz qədəriylə BMT-nin Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Mütəxəssislər Qrupunun növbəti sessiyası da, ilk dəfədir məhz bu foruma təsadüf etdiyini nəzərə alaraq, hər bir dövləti təmsil edən nümayəndə heyyətinin Azərbaycanın müstəqillik gününü ayaqda, Azərbaycanın dövlət himninin sədaları altında qarşılaması məncə Azərbaycan adına böyük və qlobal bir hadisə kimi dəyərləndirilməlidir. Bütün bu məqamlar ola bilməz ki, nəzərinizdən qaçsın…

-Bəli, doğrudur və siz çox önəmli bir məsələyə toxunmusunuz. BMT-nin sessiyaları məsələsinə də, ayırdığınız diqqət tam haqlıdır. Qeyd edim ki, sayca Bakıda keçiriləcək forum, 7-ci beynəlxalq forumdur. Lakin məhz bu forumda ilk dəfə olaraq, BMT AİK regionlarında bərpa olunan energetikanın vəziyyətinə dair beynəlxalq konfransın keçiriləcəyi nəzərdə tutulub. Yəni belə bir konfrans indiyə kimi heç vaxt olmayıb. Bundan əlavə BMT öz sessiyalarını Cenevrədəki mənzil qərərgahından kənarda ilk dəfə olaraq, məhz Bakıda keçirəcək. Azərbaycanın maraqlı strateji müttəfiq və sahə üzrə özünə məxsus təcrübəyə malik olduğunu nəzərə alaraq, bu dəfə BMT öz sessiyalarını ənənədən kənar olaraq, məhz Bakıda və Bakı forumu çərçivəsində keçirməyə qərar verib.


- Məlum olduğu kimi 2017-ci il iyunun 11-də Qazaxıstanın Astana şəhərində keçiriləcəyi nəzərdə tutulan növbəti,“Dayanıqlı İnkişaf üçün Enerji” 8-ci Beynəlxalq Forumu çərçivəsində enerji nazirlərinin birgə razılığa gələcəyi məsələlər Bakı Forumunda müzakirə olunacağı bildirilir. Bakı Forumunda hansı önəmli məsələlər müzakirə obyektinə çevriləcək?

-
Bildiyiniz kimi 18-21 oktyabr 2016-ci il tarixində Azərbaycan belə bir beynəlxalq tədbirə ev sahibliyi edəcəkdir. Bu tədbir Azərbaycan höküməti və BMT-nin təşkilatçılığı ilə birgə həyata keçirilir. Forumdakı əsas məqsəd ölkələrin dayanıqlı inkişaf hədəflərinə nail olmaq, milli səviyyədə Paris sazişinə dəstək duracaq və qlobal miqyasda iqlim dəyişikliklərinə tövhə verəcək hədəf və məqsədlərin müəyyənləşməsidir. Eyni zamanda cari dövrə olan vəziyyətin müəyyən edilməsi və gələcəkdə atılması tələb olunan addımların formalaşdırılmasıdır. Belə ki, bildiyiniz kimi hər bir dövlətin öz milli və daha qlobal miqyasda dəff ediləcək məqsədləri mövcuddur. 2015-ci ildə Nyu-York şəhərində BMT-nin assambleyası keçirilmiş və Paris sazişi çərçivəsində iqlim dəyişikliklərinə öz tövhəsini verəcək çox önəmli məsələlərə toxunulmuşdur. Bunlar təbii ki, qlobal miqyasda həlli gözlənilən hədəflərdir. Burada hər bir ölkənin yerli və qlobal maraqları nə dərəcədə uyğunluq təşkil edib-etməməsi önəmlidir. Qeyd olunan məsələlər Bakı forumunda müzakirə obyektinə çevriləcəkdir. Forumda təmsil olunacaq ölkələr 1. Biz bu günə kimi nə etmişik? 2. Nə edirik? 3. Gələcək planlarımız və məqsədlərimiz hansılardır? -kimi məsələlərə aydınlıq gətiriləcək.


-Nəzir müəllim, anladığım qədəriylə Bakı forumu bir qədər hesabat xarakteri daşıyacaq, eləmi?

-Bilirsiz, bu forumda qlobal miqyasda sahə üzrə beynəlxalq nüfuza malik Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi və Beynəlxalq Enerji Agentliyi tərəfinən mövcud BMT AİK region vəziyyətinə dair müxtəlif hesabatlar təqdim ediləcəkdir. Bu isə öz növbəsində reprezentiv göstəricilər hesabına gələcək addımların formalaşdırılması üçün xüsusi əhəmiyyət kəsb edəcəkdir.



-Forumda həm hesabat, həm də, anlaşıldığı kimi yeni plan və layihələrin başlanması nəzərdə tutulub. İqtisadi baxımdan bir layihənin hesabatı və yeni bir layihənin başlanğıcı… Çox maraqlı tendensiyadır…

-Bəli, bu ənənəvi forum üçün böyük bir yenilik olacaqdır. Bu forum möcvcudun təkmil formasında yeni baxış obyektidir. Bərpa olunan enerjinin ümumi enerji balansında həcminin artırılması, eyni zamanda iqtisadiyyatın bütün sahələrində tətbiq olunması məsələsi, ətraf mühütün təsirin azaldılması ilə ekoloji tarazlığın qorunub saxlanılması üçün atılacaq addımlar, investiyaların cəlb edilməsi istiqamətində görülməsi tələb olunan tədbirlər, icmaların yeni və modern enerji ilə təmin edilməsi kimi məsələlər Bakı forumda müzakirəyə çıxarılacaq. Bunun əsasında da, forumun nəticəsi olacaq “Bakı-Fəaliyyətə Çağırış” bəyannaməsi tərtib ediləcəkdir. Eyni zamanda müzakirələr əsasında qəbul ediləcək Bakı bəyannaməsinin əlavəsi olan Ministerial, Astanada keçiriləcəyi nəzərdə tutulan növbəti 8-ci forumda nazirlərin imzası ilə öz təsdiqini tapacaqdır.


- 6-cı Xəzər Beynəlxalq “Energetika və Alternativ enerji” sərgisi keçirildi və bildiyimiz qədəriylə hazırda da, “Bakıda keçiriləcəyi gözlənilən “Dayanıqlı İnkişaf üçün Enerji” 7-ci beynəlxalq forumuna hazırlıq gedir. Bu kimi beynəlxalq miqyaslı forumların alternativ enerji sahəsinə nə kimi töhvələri olur? Ümumiyyətlə bu cür forumların keçirilməsini alternativ enerji sahəsinə investrların cəlb edilməsi baxımından effektli hesab etmək olarmı?

- Bu gün bizim məqsədimiz Azərbaycana cəlb oluna biləcək investorların sayının artırılmasıdır. Bu istiqamətdə də, məqsədyönlü addımlar atılır. Yəni investorlar üçün münbit şəraitin yaradılması və investorları cəlb edəcək layihələrin təqdim olunması əsas məqsədlərimizdəndir. Bunlarla yanaşı Azərbaycanın özünəməxsus təcrübəsi və layihələri özü-özlüyündə artıq xarici investorların Azərbaycana marağını artırıb. Həmçinin sahə üzrə təcrübə mübadiləsinin aparılması və yeni layihələrin həyata keçirilməsi üçün Anlaşma Memorandumları bağlanmışdır. Əslində mövcud tendensiya bizə söyləməyə əsas verir ki, Azərbaycana daha çox investorların sərmayə yatdırması üçün şərait yaradılır. Beləliklə də, tədbirlərin keçirilməsilə beynəlxalq təcrübə bölgüsünə və eyni zamanda daha geniş miqyasda bu təcrübənin tətbiqinə şərait yaranır. Belə ki, Avropa İqtisadi Komissiyasına daxil olan 56 ölkədən əlavə digər regional komissiyaların tədbirə cəlb edilməsi, Azərbaycan təcrübəsini daha geniş auditoriyaya çatdırılmasına və işgüzar mühitin yaradılmasına imkan verir. Belə olan halda, Azərbaycan təcrübəsi inkişaf etməmiş və inkişaf etməkdə olan dövlətlərə yeni təcrübə mübadiləsi etmək iqtidarında olacaqdır. Bu isə artıq həm investorların cəlb olunması, həm də Azərbaycanın ixrac potensialının artırılması deməkdir.


-Maraqlıdır, iqtisadi baxımdan məlum müəyyən devalivasiya dalğaları baş verdi. Bu kimi durumları alternativ enerji sahəsi necə dəff etməyi bacarır?

Devalvasiya və onunla əlaqədar yaranmış iqtisadi çətinliklərin tənzimlənməsi sahə üzrə aidiyyati qurumların müvafiq tədbirlərin həyata keçirilməsi ilə aparılır. Qeyd edilməlidir ki, ümumiyyətlə şərti olaraq ölkələri iki qrupa bölmək olar. Birinci qrupa aid olan ölkələr neft-qaz resurslarını idxal edən dövlətlərdir. İkinci qrup isə neft-qaz yataqları ilə zəngin olmaqla ixrac edən ölkələrdir. Hər iki qrupa daxil olan dövlətlər bərpa olunan enerjidən geniş istifadə etməklə, bir növ gələcəyə yatırım etmiş olur. Belə ki, neft-qaz idxal edən ölkələr enerji təhlükəsizliklərini təmin etmək məqsədilə bərpa olunan enerjinin payının artırılması ilə enerjiyə olan tələbatını qarşılayır və karbohidrogen resurslarından asılılığın azaldılmasına çalışır. Neft və qaz ixrac edən ölkələr isə, bərpa olunan enerji sahəsinin inkişafında maraqları həm ekoloji durumu yaxşılaşdırmaq, həm də, neftə və qaza qənaət etməklə uzun müddətli perspektivdə, ixrac potensialının artırılmasına nail olmaqdır. Bu baxımnan bərpa olunan enerjidən geniş miqyasda istifadə, artıq davamlı inkişafın təmin olunması istiqamətində prioritet sahəyə çevrilib. Buna görə də bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin ümumi enerji sistemlərinə inteqrasiya olunması ilə gələcəkdə dayanıqlı, modern və təhlükəsiz enerjinin təmin edilməsi hədəfləri əsas prioritet istiqamətdir.


-Neftin qiymətinin aşağı düşməsinin alternativ enerjiyə təsiri haqqında danışardız…

Siz çox həssas məsələyə toxunmusunuz. Biz neft ixrac edən ölkəyik, bizim zəngin təbii resurslarımız var və bu zəngin resurslardan məqsədyönlü və səmərəli şəkildə istifadə edirik. Təbii ki, neftin qiyməti baha olduğu halda müasir texnologiyaları asanlıqla əldə etmək və geniş istifadəsini təmin etmək mümkündür. Buna baxmayaraq bir qrup ölkələr mövcuddur ki, təbii resursların zəngin olmasına baxmayaraq bərpa olunan energetika sahəsinə yetərincə diqqət yetirmir və sahənin inkişafında maraqlı deyil. Lakin Azərbaycan özünün özəlliyi ilə fərqlənir. Bu baxımdan Möhtərəm Prezidentin bu sahəyə ayırdığı diqqət və qayğısı xüsusilə vurğulanmalıdır. Belə ki, onun uzaqgörən siyasətinin nəticəsi olaraq 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” qəbul edilmiş və bununla da alternativ və bərpa olunan enerji sahəsinin inkişafına təkan verilmişdir. Eyni zamanda 2013-cü ildə sahə üzrə sürətli inkişafın təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət siyasəti və tənzimləməsini həyata keçirilməsi məqsədi ilə cənab Prezidentin müvafiq fərmanı ilə mərkəzi icra hakimiyyəti statusunda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və onun tərkibində “Azalternativenerji” MMC yaradılmışdır. Təbii ki belə tədbirlər və sahəyə ayrılan xüsusi diqqət beynəlxalq bazarda neftin qiymətinin dəyişməsindən asılı olmayaraq inkişafa yönəlir.

-Nəzir müəllim, bu gün demək olarmı ki, alternativ enerji sahəsi sabah Azərbaycan üçün neft sahəsi qədər gəlirli sahə olacaq? Əslində bu cür proqnozlar bir qədər primitiv yanaşma tərzi kimi anlaşılır. Amma nəzərə alsaq ki, hər bir yatırımın bir ölkə üçün iqtisadi və siyasi tərəfləri önəmlidir, o zaman dövlətə gəlir gətirə biləcək sahələrin reytinq cədvəli üzrə yerini müəyyən etmək daha doğru olardı. Sizcə Alternativ enerji sahəsi yaxın gələcəkdə gəlirli sahələrin reytinqi üzrə hansı yeri tutmaq iqtidarındadır?

- Reytinqin formalaşdırılması və onun səviyyəsinin müəyyən olunması çox geniş məvhumdur. Bu gün hər kəsə məlumdur ki, Azərbaycanda böyük və mötəbər bir forum keçiriləcək. Belə bir mötəbər forumun Azərbaycanda keçirilməsi dünyada öz sözünü deyə bilən bir dövlət olduğunu bir daha sübut etmiş olur. Bu gün Azərbaycanda olduqca maraq doğuran təcrübələr vardır. Bu təcrübələrdən yararlanmaqda hər bir ölkə maraqlıdır. Bunları əsas gətirərək, söyləmək olar ki, Azərbaycan artıq müəyyən reytinq qazanıb. Bu gün artıq Azərbaycan dünya ölkələri arasında yalnız neft-qaz ixrac edən ölkə kimi yox, bərpa olunan enerji sahəsində də, gənc və mütərəqqi bir ölkə kimi tanınır. Təbii ki, enerji sahəsi gəlirli bir sahədir, bərpa olunan enerji isə onun bir qolu kimi mühüm rol oynayır. Bərpa olunan energetikanın rolunun dünya miqyasında artması birmənalı şəkildə yüksək reytinqə nail olacağına işarə edir. Əlbəttə ölkəmiz birtərəfli qaydada inkişaf etmir. Bu gün Azərbaycan iqtisadiyyatın müxtəlif sahələri üzrə kifayət qədər öz sözünü demiş bir ölkədir. Ölkəmiz regiondakı dövlətlərlə və Azərbaycanla müqayisə oluna biləcək dövlətlərlə müqayisə olunsa, şübhəsiz reytinq cədvəlinə liderlik edəcək.





Ülkər Musazadə
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Dünən, 15:45Deputat: "NATO-nun Türkiyəyə qarşı bu hərəkəti təəssüf doğurur" Dünən, 15:41Rusiya, İran və Türkiyə razılığa gəldilər Dünən, 15:15Türkiyə sahillərində zəlzələ olub Dünən, 15:00Azərbaycanın şərti var ki, silah daşınmasın... Dünən, 14:51Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu Dünən, 14:31Konte: ““Qarabağ”la matç mövsümün ən vacib oyunu olacaq” Dünən, 14:19Bakıda yeni doğulan körpəni küçəyə atdılar Dünən, 14:07Türkiyə, Rusiya və İran XİN rəhbərlərinin görüşü keçirilir Dünən, 13:55Ermənistanda çavuş və əsgər hərbi hissədən qaçdı Dünən, 13:44Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir Dünən, 13:38Naxçıvanda tanklar hərəkətə gətirildi, helikopterlər havaya qaldırıldı Dünən, 13:14Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək Dünən, 08:29Türkiyədə ABŞ prokurorlarına qarşı cinayət işi başlanıb Dünən, 03:49Odessada etirazçılarla qarşıdurma zamanı azı 20 polis əməkdaşı xəsarət alıb Dünən, 01:41İspaniyanın baş prokuroru Argentinada vəfat edib Dünən, 00:38Ərdoğan: “NATO-ya etibar ciddi suallar doğurur” 18-11-2017, 22:19NATO-nun baş katibi təlimlərdəki insidentə görə bir daha Ərdoğandan üzr istəyib 18-11-2017, 20:23Prezident Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif edib - SİYAHI 18-11-2017, 14:47Zaqatalada fındıq festivalı keçirilib 18-11-2017, 13:30Millət vəkili: "Türkiyəyə qarşı belə tərbiyəsizliyə yol verilməməli idi" 18-11-2017, 12:35İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib 18-11-2017, 11:44IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib 18-11-2017, 08:55Həmsədrlərə dedim ki, bir-birimizi aldatmayaq - XİN rəhbəri 18-11-2017, 08:12Rusiya mətbuatından sensasion iddia:"Ərdoğanla Putin razılaşdı, 5 rayon Azərbaycana qaytarılacaq" 17-11-2017, 18:17Azərbaycanda zəlzələ oldu - Rəsmi 17-11-2017, 17:38Səudiyyə şahzadələrini azadlığa buraxır 17-11-2017, 17:19Millət vəkili Milli Məclisdə sosial reklamların vacibliyindən danışıb 17-11-2017, 16:35NATO- Türkiyədən üzr istəyirik... 17-11-2017, 16:00Ərdoğan: “ABŞ İŞİD-ə çoxlu dollar verib və onların ssenarisini bilirik” 17-11-2017, 15:44İŞİD ərazisinin 95%-ni itirib 17-11-2017, 15:30Qənirə Paşayeva Milli Qəhrəmanlara büstlərin qoyulması ilə bağlı qanunvericilikdə yaranmış boşluqların aradan qaldırlması təklifini irəli sürüb 17-11-2017, 15:17Zimbabve prezidenti çevrilişdən sonra ilk dəfə insanların önünə çıxdı 17-11-2017, 15:09Lavrov Bakıya iki günlük səfərə gəlir 17-11-2017, 15:05Bolqarıstan parlamentinin spikeri istefa verdi 17-11-2017, 14:56Siyavuş Novruzov: “Müdafiə naziri parlamentdə hesabat versə, onu hərə bir cür açıqlayacaq” 17-11-2017, 14:44Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi 17-11-2017, 14:28“İt ili”ndə bəşəriyyəti nə gözləyir? 17-11-2017, 14:20Lerikin Yardımlıya birləşmək istəyən kəndləri ilə bağlı İcra Hakimiyyətindən RƏSMİ CAVAB 17-11-2017, 14:11“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanun dəyişdirildi 17-11-2017, 13:57Azərbaycanda "Rəşadət” ordeni təsis edilib
Все новости
VİDEO

© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir