İBAD HÜSEYNOV: “İLHAM ƏLIYEV SABITLIYIN YEGANƏ TƏMINATÇISIDIR”

Tet-a-tet / Manşet

10 614

İBAD HÜSEYNOV: “İLHAM ƏLIYEV SABITLIYIN  YEGANƏ TƏMINATÇISIDIR”
LİTVALI FOTOQRAF –JURNALİST RIÇARD LOPATİS: “НЕ ВОЗМОЖНО ЗАБЫТЬ ИБАДА. ОН БЫЛ НЕ ЗАМЕНИМЫМ БОЙЦОМ»


VOİCEPRESS-in müsahibi Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri olmuş, Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynovdur.


-İbad müəllim, bir çoxları sizi erməni terroristi Monte Melkonyanin başını kəsən adam kimi tanıyır. Bu sizi narahat etmirki?

İBAD HÜSEYNOV: “İLHAM ƏLIYEV SABITLIYIN  YEGANƏ TƏMINATÇISIDIR”
-Əslində mən narahat deyiləm. Çünki mən gərəkən işi görmüşəm. Mən bəlkə də, vaxtıilə o dediyiniz başı kəsməsəydim, bu gün ona görə narahat olardım. Çünki mən o başı kəsməklə, bir çox azərbaycanımızın qisasını almış oldum, qanını yerdə qoymadım... Bu da mənə böyük təsəllidir. Amma o başa gorə görünür narahat olanlar var...


-İbad müəllim, Qarabağ döyüşlərinin o ağır kadrlarını əbədiləşdirən bir litvalı fotoqraf vardı, Riçard Lopatis. O xatirimdədir bir dəfə sizin döyüşlərdə göstərdiyiniz şücaətə görə, sizdən bəhs edərkən sizin haqda belə demişdi :“Не возможно забыть Ибада. Он был не заменимым бойцом» (İbadı unutmaq mümkün deyil. Çünki o əvəzolunmaz döyüşçü idi.) Bu kimi sözləri eşidəndə nə hiss edirsiz?


- Təbii haldır ki, sevinirəm. Ürəyim açılır. Ona görə ki, kimsə insanın şücaətini, inamını, vətənə və xalqa olan sevgisini görməzdən gəlmir. Litvalı fotoqraf xatırlayıram o illər elə adamlar gəlib gedirdi. Doğru deyir... Amma mənim haqqımda dediklərini mənim təsdiqləməm bir qədər doğru alınmaz.( gülür) Özüdə nəisə keçmiş zamanda deyib...Axı mən sağam?


-Bəli... doğru deyirsiz... O sizin canlı qəhrəman olduğunuzu bilmirdi. Sadəcə sizdən bəhs etdi və uzun zaman sizi görmədiyi üçün təbii ki, hadisənin şərhi də, keçmiş zamana köklənməli oldu...Hətta Riçard Lopatis danışırdı ki, o gərgin müharibə şəraitində bir rus Mariya adlı tibb bacısı vardı. O indi Moskvada yaşayır. Deyirdi, o xanım indi də, söhbət edəndə İbadı soruşur, onun sağ olub olmaması ilə maraqlanır. Hər dəfə də, onun inanılmaz təmkinə və şücaətə sahib olduğunu vurğuladığını bildirirdi...


-(gülür) Bəli müharibə vaxtı xaricdən çoxlu tibb bacıları və jurnalistlər vardı. Ola bilər, nə deyim... Mən o zaman o qədər müharibə abu-havasına, və xüsusi müharibə diplomatiyasına köklənmişdimki, düzü deyim heç həmən qadını xatırlamadım... Amma sağolsunlar. Bu cür xoş hisslərinə görə onlara sadəcə təşəkkür edə bilərəm...


-İbad müəllim, bu yaxınlarda Rusiyada səfərdə oldunuz. Hətta ermənilərin tarixən törətdikləri teror aktlarından bəhs edən kitabın müəllifi Oleq Kuznetsov ilə də görüşdünüz. Nəzərə alsaq ki, Moskvanın özündə Monte Melkonyanın adını daşıyan iki terorist məktəbi fəaliyyət göstərir, sizin Rusiya səfərinizin olduqca uğurlu alınması bir qədər təəcüb doğurur. Sizcə bu Rusiyanın Azərbaycana qarşı dəyişən mövqeyidir, ya Azərbaycanın fərqli yanaşma taktikası?


-Mən səfərə getməzdən əvvəl burada Rusiyaya getməmin təhlükəli ola biləcəyini dedilər. getməməyimi tövsiyyə edirdilər. Amma mən bir az prinsipial və inadçıl insanam. O üzdən nə gözləntilərin ola biləcəyini heç düşünmədən getdim. Çox da gözəl və uğurlu səfər alındı. Rusiyalı tarixçi Oleq Kuznetsovla yanaşı digər jurnalistlər və DUMA-nın deputatı ilə görüşümüz oldu. Hər kəs bilir ki, Moskvada həm ruslar, həm azərbaycanlılar yaşayır. Və hər kəs fərqindədir ki, mərkəz Moskvada erməni pərəst insanlar çoxluq təşkil edir. Ona görə də, onlardan çəkinərək, hansısa səfəri təxirə salmağa ehtiyac yoxdur. Cənab İlham Əliyev elə güclü siyasi kurs aparır ki, hər bir azərbaycanlının təhlükəsizliyi istənilən təhlükəli ortamda da tam qorunur. İlham Əliyev nəinki dövlətimizdə sabitliyi bərqərar edir, o azərbaycanlının olduğu hər bir yerdə sabitliyin olmasının yeganə təminatçısıdır.


-İbad müəllim, siz ən qəti döyüşlərdə olmusuz. Erməni ilə üzbə üz olmusuz. Sizcə erməninin ən zəif yönü hansıdır? Yəni düşmənin zəif yönünü bilməyin özü bir siyasi taktikadır...


-Ermənilər zatən zəif bir millətdir. Amma buna baxmayaraq, ermənilərin ən zəif yeri qaranlıqda döyüşməkdir. Çünki erməni qaranlıqda toyuq kimidir. Əlinlə qoyduğun kimi tutmaq mümkündür.


-Bu gün dövlət tərəfindən vətən üçün xidmət göstərən və göstərmiş hər kəsə xüsusi diqqət ayrılır, qayğı göstərilir. Amma buna baxmayaraq, torpaqlarımız hələ də işğal altındadır. Belə olan halda o xüsusi diqqət nə qədər ədalətli qəbul olunmalıdır?

-Çox gözəl sualdır. Dövlətimiz çox hümanistdir. Xüsusilə də, dövlət rəhbərimiz humanist və alicənab insandır. Hər bir qətiyyətli addımı yüksək qiymətləndirmək etiketinə sahib bir şəxsiyyətdir. Bəzi hallarda bu kimi özəlliklərə sahib insanın hümanistliyindən sui-istifadə edənlər də var. Bu da, hər kəs tərəfindən müxtəlif cür şərh edilir. Əlbəttə, düşünürəm ki, mükafatlandırıma və qiymətləndirilmə zamanı torpaqlarımızın hələ də işğal altında olmasını unudulmamalıdır.


-800 hektar işğal altında olan torpağımızı azad edib də, canından keçən əsgərlərimizlə qürur duyduzmu?

-Əlbəttə. Amma təəsüf də etdim…üzüldüm də…


-Niyə?

-Bəli aprel hadisələri başlayan gündən əsgərlərimizin yanında oldum…onlara mənəvi stimul oldum, daha da ürəkləndilər… Biz daha çox iş gorərdik amma dayandırıldı…
Azərbaycan əsgəri döyüşə gedərkən təməli sağlam bir hakimiyyətinin arxasında dağ kimi durduğunun fərqindədir. Amma mən döyüşən zaman Azərbaycanı daxildən gəmirənlər çox idi. Mən hər dəfə deyirəm ki, Heydər Əliyev zamanında Azərbaycana gəlməsəydi, Azərbaycanı xilas etməsəydi, bu gün nə Azərbaycan var idi, nə də Azərbaycançılıq… Ona görə də, bu günki əsgərlərimiz daha rahat və arxayındırlar.


-İbad müəllim, siz böyük bir döyüşdən möcüzə ilə ayaqda qalan canlı qəhrəmanımızsınız. Hesab edirəm ki, sizdən bəhs edən kitablar yazılmalıdır, nağıllar yazılmalıdır. Bu qəhrəmanlıq şücaəti nəsildən nəsilə ötürülməlidir... Nə üçün bununla bağlı bir təşəbbüs görünmür? Bu nədən asılıdır? Sizcə bu təbliğatımızın zəifliyindənmi irəli gəlir?
İBAD HÜSEYNOV: “İLHAM ƏLIYEV SABITLIYIN  YEGANƏ TƏMINATÇISIDIR”
-Nə deyim? Mənimki döyüşməkdir. Silahdır, sursatdır hədəfim də bəlli ermənidir. Mən təbliğatdan, filandan anlamıram. Çünki döyüş alnımıza yazılıb devizi ilə döyüşməyi və layiqli nəticə üçün mücadilə etməyi ən gərəkli təbliğat faktoru hesab edirəm. Əlbəttə tək mənim yox, hər bir qəhrəmanımızın şücaətinin kitablarda, dərsliklərdə əks etdirməklə, övladlarımızın XXI əsrin qəhrəman eposları ilə tərbiyyə etmək daha məqsədə uyğun olardı.


-Monte Melkonyan bizin bir çox qadın və bacılarımızı əsir almışdı. Onlara amansız işgəncələr vermiş, əziyyət etmişdir. Siz sə, həmən qadın və bacılarımızın bir növ qisasını almış olduz. Həmən əsir qadınlardan biri Dürdanə Ağayeva isə, Monte Melkonyanın və onun dəstəsinin onun başına nələr gətirdiyini, eləcədə əsirlikdə çəkdiyi əzablardan bəhs edən kitab yazıb.Hesab edirəm ki, sizin kimi və Dürdanə xanım kimi canlı müharibə şahidləri Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün ədalətli bir şansdır. Bununla bağlı sizin fikirləri də bilmək istərdik...


-Düzünü deyim o xanımı tanımıram.. O biz Azərbaycan kişilərinin qeyrətidir. əslində döyüş haqqında, erməninin başını kəsməmə rəğmən duyduğum bütün müsbət hisslərim əsir düşmüş Azərbaycan qadınlarının başına gətirilənləri düşündükdə yox olub gedir. Çünki bir daha əmin oluram ki, erməni daha böyük zülmə layiqdir. Mən o qədər olub ki, döyüş zamanı çox sayda erməni körpəsi, erməni gəlini və qızı ilə üz-üzə gəlmişəm ki... Onlara toxunmadan, hətta xilas edərək həyatlarını qurtardığım zamanlar da olub. Çünki bizim hədəfimiz qadın, qız və körpə heç vaxt olmayıb. Erməni isə bunları düşünməyəcək qədər namussuz və qeyrətsizdir.


-İbad müəllim bu günlərdə bir qrup jurnalist Ermənistan tərəfindən girov götürülmüş Dilqəm və Şahbazla ilgili “Dilqəmi və Şahbazı ziyarət et! Həqiqəti gözünlə gör!” adlı könüllü jurnalistlərdən ibarət təşəbbüs qrupu yaradıblar. Sizcə azərbaycanlı girovların siyasi ampuladan çıxarılaraq, nəzarətə götürülməsi effektli nəticə verəcəkmi?

-Mən bu jurnalistləri alqışlayıram. Çox gözəl təşəbbüsdür. Çox gözəl ideya və layihədir. Dilqəm və Şahbazın jurnalistlər tərəfindən ziyarət edilərək, səhhətləri ilə ilgili real faktların dünya ictimaiyyətinə çatdırılması ermənilərin iç üzlərini nümayiş edəcək. Bu isə effektli olmaya bilməz. Hesab edirəm ki, Azərbaycan dövləti həmin jurnalistlərə öz dəstəyini verəcəkdir. Ümumiyyətlə bu cür təşəbbüslər qiymətləndirilməlidir və digərlərinə örnək olmalıdır.


-İbad müəllim, sizi tez-tez Türkiyə dövlət rəhbərləri ilə görüşlərinizi görürük. Bu günlərdə isə Türkiyə dövlətinə olunan xarici təzyiqlər çox saylı insan təlafatına səbəb oldu. Dünəndən etibarən hər bir azərbaycanlı Rəcab Tayib Ərdoğanın və xalqın birliyinin Türkiyəni hər bir fəlakətdən xilas etmək iqtidarında olduğunu vurğulayır. Bu haqda fikrlərinizi bilmək istərdik...

-Bəli. Dünəndən bu günə hər bir həlak olan türkümüzə görə çox üzüldüm. Türkiyə və Azərbaycan bir millət iki dövlətdir. Rəcəb Tayib Ərdoğan çox hümanist, mətin və xalqını sevən liderdir. Xalq Ərdoğanı sevir və xalq əmindir ki, sayın Ərdoğan onların gələcəyini, yaxşılığını düşünən insandır. Dövləti xarici təzyiqlər yıxmağa çalışır. Və ən pisi odur ki, dövləti daxildən gəmirənlər də, vardır. PKK ilə yanaşı dövlət bir də, öz sıralarından olan satqınlarla mücadilə aparır. Azərbaycan Türkiyənin indi yaşadığı bu hadisələri illər əvvəl yaşayıb. Ona görə biz türk qardaşlarımızı anlayırıq. Amma onların başında Ərdoğan kimi layiqli lider olduğu sürəcə Türk xalqının kürəyi yerə gəlməz.


-İbad müəllim çox maraqlı müsahibə alındı. Təşəkkür edirəm sizə.

-Mən təşəkkür edirəm. Mənim üçün də maraqlı və səmimi müsahibə oldu.


İBAD HÜSEYNOV: “İLHAM ƏLIYEV SABITLIYIN  YEGANƏ TƏMINATÇISIDIR”





Ülkər Musazadə


Ранее » Emin EMİNZADƏ: "Musiqi qəlbin dilidir. Onun gözəl, güclü, hissiyyatlı...« Далее Puşkinin yaradıcılığını sevən gələcəyin kimya mühəndisi BANM-ni seçdi