Türkiyəli ekspert : “Azərbaycandakı son yanğının başlıca səbəbi bilgisizlikdir”

Tet-a-tet / Manşet

17 676

Türkiyəli ekspert : “Azərbaycandakı son yanğının başlıca səbəbi bilgisizlikdir”
VOİCEPRESS.AZ Türkiyənin təhsil nazirliyinin yanğın üzrə eksperti, yanğının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi və təhlükəsizliyin təmin olunması üzrə “Demo Fire” Yanğın Söndürmə Sistemləri şirkətinin qurucusu və rəhbəri, sayın Fikrət Kırla yanğılarla bağlı maraqlı müsahibəni təqdim edir:

-Fikrət bəy, Türkiyədə yanğın siyasəti deyilən bir anlam formalaşıb. Sizcə bu bir ölkədə təhlükəsizlik baxımından mütləqdirmi?

-Əlbəttə. Türkiyədə yanğın siyasəti olduca mühümdür. Məsələn bir tədris mərkəzinə lisenziya gərəkirsə, onun müəssisənin yanğın söndürmə sistemləri ilə bağlı əlində rəsmi sənəd olmalıdır. Əks halda ona heç bir halda dövlət lisenziya verilmir. Çünki bir müəssisənin yanğın təhlükəsizliyinə qarşı qabaqlayıcı tədbirlərin görməsi çox mühümdür. Dövlətin yanğın siyasəti olmasaydı, tədris müəssisəsi istəsə qabaqlayıcı tədbiri alacaq, istəməsə almayacaqdı. Amma dövlət yürütdüyü siyasətə uyğun olaraq, hər bir müəssisəni orada çalışan və ya tədris alan hər kəsin təhlükəsizliyini düşünməyə sövq edir.

-Fikrət bəy, deməyiniz ondadır ki, insanlar yanğın əleyhinə heç bir qabaqlayıcı tədbir görməkdə maraqlı deyil? Bu mexanizmi dövlət əlinə almalıdır eləmi?

-Bəli. Ayrı-ayrı insanlar çox nadir hallarda bunu edir. Misal üçün sosial həyatımızda çox az adam xəstə olmadığı halda həkimə müraciət edir və başdan-ayağa analiz verib özünü müayinə etdirir. Amma dövlət müəssisəni və ya ayrı-ayrı insanları yanğın əleyhinə təhlükəsizlik baxımından qabaqlayıcı tədbir görmələrini rəsmi şəkildə təsdiqləmələrini rəsmi şəkildə təsdiqləməsini tələb edərsə, bu mümkün olacaqdır.

-Bu gün Türkiyədə Yanğın Söndürmə Sistemləri ilə bağlı neçə belə özəl şirkət fəliyyət göstərir?

-Dörd şirkət.

-Yanğın çoxmu qorxuludur?

-Yanğın qorxulu deyil. Dah da, qorxulusu dumandır. Yanan nə varsa ondan yanğın zamanı ayrılan zəhərli maddələr insanların ölümünə səbəb olur. İnsanlar isə yanaraq öldüklərini düşünür. Amma əsas məsələ odur ki, yanğınlarda insanlar zəhərlənərək ölürlər.
Türkiyəli ekspert : “Azərbaycandakı son yanğının başlıca səbəbi bilgisizlikdir”
-Fikrət bəy, sizin şirkətlə hər hansısa bir müəssisə arasında müqavilə bağlanır. Siz müəssisədə yanğın əleyhinə bütün gərəkən avadanlığı quraşdırdıqdan sonra sizin missiyanız birmişmi olur? Yəni bu əməkdaşlıq və ya xidmət necə həyata keçirilir?

-Əlbəttə yox. Biz müqavilədə göstərilən zaman kəsiyinə qədər avadanlığı quraşdırdıqdan sonra avadanlıqlara qulluq və mütəmadi nəzarət etmək missiyasını daşıyırıq. Əməkdaşlıq etdiyimiz heç bir müəssisə yanğınla üzləşə bilməz.

-Yanğın bildiyimiz kimi hər sahədə və hər yerdə baş verməsi mümkün bir hadisədir. Yəni yanğın bu gün yalnız müəssisələrdə deyil, meşələrdə, evlərdə, gəmilərdə, metrolarda da baş verə bilir. Günümüzdə maınlarda tez-tez partlama və yanğınların baş verməsi hadisəsi ilə də, üzləşirik. Siz bu kimi yanğınlarla necə çalışırsızmı?

-Bizim hər bir yanğın növü ilə bağlı çalışmalarımız var. Tez-tez hətta Kanada kimi nüfuzlu bir ölkədən yanğın əleyhinə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı ekspert kimi bizə müraciət olunur.

-Bildiyimiz qədəri ilə sizə müəssisələrlə yanqından öncə də, yanqın başverdikdən sonra da, müraciət edirlər. Yanğın artıq baş verib o zaman sizin işiniz nədən ibarət olur?

-Hə doğrudur. Bu bir az əvvəl qeyd etdiyim kimi. İnsan xəstələnməsə həkimə müraciət etmədiyi kimi. Bəzi insanlarda yanğını dadmasalar bizə müraciət etmirlər. Belə halda biz həkim kimi hadisə yerinə yollanır ilk müayinəmizi edirik. Yanğının səbəbini öyrənib, ilk o qüsuru aradan qaldırırıq. Daha sonra digər qabaqlayıcı tədbirləri görürük.

- Bu yaxınlarda Azərbaycanda da, enerji sektortorunda böyük yanğın baş verdi. Duymamış olmazsınız.

-Bəli, duydum.

-Sizcə bir mütəxəssis kimi o yanğına səbəb nə ola bilərdi?

-Belə yanğınlara səbəb çox şey ola bilər. Torpaqlanmanın olmaması, avadanlığın köhnə olması, günəşdən qızan quru otların alışması, yağ açarlarının təmizlənməməsi və digər səbəblər. Amma əsas və başlıca səbəb bilgisizlik idi. Yanğın əleyhinə qabaqlayıcı tədbirlərin görülməsi məsələsi ilə bağlı yetəri bilginin və kadrların olmaması məsələsi ən böyük səbəbdir.

-Fikrət bəy, bəs sizcə yanğın əleyhinə qabaqlayıcı tədbir görmək üçün bu gün istənilən ölkədə ilkin olaraq, nəyə ehtiyac var?

-İlk olaraq, ölkənin yanğın üzrə statistik məlumatları əldə edilməlidir. Həmin ölkədə il ərzində neçə yanğın hadisəsi baş verib, onların səbəbləri və yanğından həyatını itirənlərin sayı ilə bağlı statistik məlumat əldə etdikdən sonra, həmin ölkənin yanğın əleyhinə təhlükəsizliyin təminatı baxımından haradan başlayıb harada dayanmasına dair konkret fikir söyləmək mümkündür.

-Fikrət bəy, dəyərli fikirləriniz üçün təşəkkür edirəm. Azərbaycanda yanğıla bağlı yaxın günlərdə statistik məlumatları təqdim etməklə fikirlərinizi bilmək maraqlı olardı.

-Siz sağolun! Təbii ki, hər zaman yardım etməyə hazıram.

P.S.
Fikrət bəyin rəhbərliyi altında dövlətə xalqın təhlükəsizliyi baxımından olduqca mühüm xidmət göstərən “Demo Fire” Yanğın Söndürmə Sistemləri şirkəti ilə yaxından tanış olmaq fürsətini isə qaçırmadıq. Məkanın foto şəkillərini də, təqdim edirik:

Türkiyəli ekspert : “Azərbaycandakı son yanğının başlıca səbəbi bilgisizlikdir”
Türkiyəli ekspert : “Azərbaycandakı son yanğının başlıca səbəbi bilgisizlikdir”
Türkiyəli ekspert : “Azərbaycandakı son yanğının başlıca səbəbi bilgisizlikdir”
Türkiyəli ekspert : “Azərbaycandakı son yanğının başlıca səbəbi bilgisizlikdir”
Türkiyəli ekspert : “Azərbaycandakı son yanğının başlıca səbəbi bilgisizlikdir”
Türkiyəli ekspert : “Azərbaycandakı son yanğının başlıca səbəbi bilgisizlikdir”



Ü. Musazadə

VOİCEPRESS.AZ

Ранее » Peru səfirliyi: "Peru Respublikası Azərbaycanın ərazi bütovlüy...