Peru səfirliyi: "Peru Respublikası Azərbaycanın ərazi bütovlüyünü dəstəkləyir..."

Tet-a-tet / Manşet

3 537

Peru səfirliyi:

VOİCEPRESS Peru Respublikasının Azərbaycandakı səfirliyinin yeni təyin olunmuş müvəqqəti işlər vəkili Luis Çanq Boldrini ilə müsahibəsini təqdim edir:


- Cənab Boldrini, Peru Respublikası ilə Azərbaycan arasındakı əməkdaşlıq prinsipləri haqda fikirləriniz maraqlı olardı...

1996-ci ildən Peru və Azərbaycan əməkdahşlığı mövcuddur. O zamandan etibarən həm siyasi, həmdə iqtisadi sektorda fəaliyyət göstəririk. Xarici isşlər nazirliklərimiz tərəfindən memorandum imzalanıb. Beynəlxalq istiqamətdə iki tərəfli əməkdaşlıq Azərbaycan və Peru üçün olduqca əlverişlidir. Çünki, Azərbaycan Peru Respublikası üçün maraqlı və böyük potensiala malik bir dövlətdir. Biz çox istəyirik ki, Peru və Azərbaycan arasında ticarət əlaqələri inkişaf etsin, sizin iş adamlarınız tərəfindən Peru dövlətinə yatırımlar edilsin. Azərbaycanlı investorlar üçün bu gün Peru da hər bir şərait mövcuddur. Biz həm turizm, həm də başqa sosial əməkdaşlığa hazırıq. Ümid edirik ki, əməkdaşlığımız güclü olacaq.


-Hesab edirəm iki dövlət arasında təhsil sahəsində də, müəyyən inkişaf tendensiyalarını müşahidə etmək mümkündür. Elə deyilmi?


-Əlbəttə. Mən eyni zamanda Azərbaycan Dillər Universitetində olmuş və bu məsələ ilə bağlı müəyyən görüşlər keçirmişəm. Biz Azərbaycan və Peru arasında gələcəkdə tələbə mübadiləsinin olacağına inanırıq. Eyni zamanda səfirlik kimi biz müxtəlif mədəniyyət layihələri təşkil edirik ki, bu da özü özlüyündə Azərbaycanlıların Peru kimi gözəl ölkəni tanımaları üçün bir fürsət kimi dəyərləndirilməlidir. Azərbaycana Perudan gəlib təhsil alanlar var. Hal-hazırda Perudan 3 ailə Azərbaycanda yaşayır.Qısa olaraq, biz birlikdə çalışmalıyıq! Mədəniyyət sahəsində də, əməkdaşlığımız güclüdür.


-Cənab Boldrini, Dağlıq Qarabağ məsələsi ilə bağlı Peru Respublikasının mövqeyini bilmək maraqlı olardı.

-Bizim siyasitəmiz prinsipial bir siyasətdir. Peru Respublikası Azərbaycanın ərazi bütovlüyünü dəstəkləyir. ATƏT-in Minsk Qrupun fəaliyyətini də, izləyirik və buna hörmətlə yanaşırıq. Peru dövləti olaraq, biz ümid edirik ki, Dağlıq Qarabağ məsələsi tezliklə öz həllini sülh yolunu tapacaq. Biz Peru dövləti olaraq, heç zaman güc və müharibəni qəbul etməmişik. Ümid edirik ki, bir gün mütləq Suriya dövləti üçün də, bu konflikt öz həllini tapacaq.


-Cənab Boldrini, müsahibəyə görə, bizə ayırdığınız zaman görə, sizə təşəkkür edirik. 39 dövlətdə nümayəndəlik və yayın imkanları olan VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosu Peru səfirliyi ilə də, sıx əməkdaşlıq etmək niyyətindədir. Məqsədimiz Peru Respublikasının jurnalistləri rasında bir körpü yaratmaq, mətbuatı vasitəsi ilə Azərbaycan həqiqətlərini yaymaqdır. Xatırladaq ki, hazırda "VOİCEPRESS ACADEMY"-də ispan dilləri üzrə dil mərkəzi də öz işinə başlayıb. Hesab edirik ki, bu kimi tendensiyalar bizlərin qarşılıqlı əməkdaşlıq etməyimiz üçün olduqca əlverişli şərait yaratmaq imkanındadır.


- Voicepress .az saytına uğurlar arzulayırıq. Sizinlə hər bir əməkdaşlığa hazırıq. Buna çox maraqlıyıq. Ümid edirik ki, hər bir sahədə də, sizinlə gözəl əməkdaşlığa başlaya bilərik. Eyni zamanda sizin "Fran Rivera" beynəlxalq dil mərkəzinizlə də əməkdaşlığa hazırıq. Bizi dəvət edin, biz də, gəlib sizin mərkəzlə tanış olaq.


Peru səfirliyi: "Peru Respublikası Azərbaycanın ərazi bütovlüyünü dəstəkləyir..."




Mahir Qurbanov, Ülkər Musazadə
VOİCEPRESS.AZ

Ранее » Tahir Kərimli: "Parlamentin buraxılması üçün Konstitusion əsas...« Далее Türkiyəli ekspert : “Azərbaycandakı son yanğının başlıca s...