Tahir Kərimli: "Parlamentin buraxılması üçün Konstitusion əsaslar yoxdur..."

Tet-a-tet / Manşet

1 242

Tahir Kərimli:
VOİCEPRESS Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli ilə müsahibəni təqdim edir:


-Yeni təyinatların məhz çoxunun Milli Məclisin üzvlərindən olmasını necə qarşıladınız? Bizdə olan məlumata görə, bir neçə millət vəkilinin yenə təyinat alacağı gözlənilir. Belə olan halda millət vəkillərinin sayı azalır. Sizcə bu parlamentin buraxılacağı ilə nəticələnə bilərmi?

-Yeni hökümətin üzvlərinin 4 nəfəri MM-in üzvləri təyin olunmuşlar. Əlavə bir neçə Millət vəkillərinin yeni təyinatı olacağı haqqında məlumat yoxdur. Hətta belə olsa, belə deputatların sayının kəskin azalacağı anlamına gəlmədiyindən, parlamentin buraxılması üçün Konstitusion əsaslar yoxdur.

-Eks millət vəkili Hüseyn Abdullayevin həbs edilərək, Azəbaycana gətirilməsi məsələsi gündəmi zəbt edən məqamlardandır. Bir sıra mənbələr Hüseyn Abdullayevin vəzifəyə gətiriləcəyini iddia edir. Reallıqla uzlaşmayan bu iddianı bir çoxları zamanında həbs edilən Fərhad Əliyev qardaşları ilə müqayisə edir... Sizcə bu nə qədər əsaslı iddiadır?

-Keçmiş deputat Hüseyn Abdullayev konkret cinayət işləri ilə bağlı məsuliyyətə cəlb edilərək, Azərbaycana gətirilmişdir. Onun hər hansı vəzifəyə təyin olunması ehtimalı yoxdu. Ona görə də, əsaslı iddia deyil.

- Hər dəfə səhiyyənin inkişafından danışan bir sıra millət vəkillərimizin daha sonra xaricdə müalicə alması ilə nə qədər təzaddırsa, bir o qədər də, illərdir Prezidentin sərəncam və göstərişlərinə rəğmən vətəndaşların tibbi sığortalarının təmin olunmaması məsələsinin qulaqardı edildiyi, eyni zamanda ölkəyə gətirilən dərman preparatlarının tərkibin dəyişdirilməsi kimi ittihamlar var ikən səhiyyə nazirinin öz postunda qalması millət vəkilləri tərəfindən niyə səssiz qarşılandı? Axı millət vəkilləri seçicilərin səsidir və seçiciləri narahat edən bu problemlərə birmənalı şəkildə reaksiya vermək iqtidarındadırlar...


-Azərbaycanda tibbi siğorta bir neçə rayon, şəhərdə pilot lahiyə kimi tətbiq edilir. Lakin razıyam ki, bütün vətəndaşlar ölkədə tibbi siğorta ilə təmin olunmalıdır. Bu sahədə ölkəmiz çox geri qalır ki, buna görə narahat olmağa dəyər.

-Rəsmi İrəvanın yeni prezidenti Armen Sarkisyanın uzun illər Britaniyada yaşadığını və Britaniya FSB-sinə çalışdığını nəzərə alsaq, Ermənistanda baş tutan “Məxməri” inqilabının arxasında sizcə ABŞ və Qərb dayanır? Belə olan halda erməni hakimiyyətindən Rusiya klanının yığışdırıldığını görürük. Sizcə bu tendensiya Rusiyanın Qarabağla bağlı məsələdə Azərbaycanın yanında yer almasına gətirib çıxara bilərmi? Və ya Qarabağ Rusiya və Qərb arasında müharibə səbəbi rolunu oynaya bilərmi?

-Dərman preparatlarının tərkibinin standarta uyğun olmaması barədə çoxlu məlumatlar var. Hazırda ölkədə formaçeft fabriki tikilir. Məncə dərmanların keyfiyyətsiz gətirilməsinə günəhkar tək Səhiyyə Nazirliyi deyildir. Görünür bu sahədə ciddi monopoliya vardır. Nazirlərin, o cümlədən Səhiyyə Nazirinin təyinatı MM-də deyil, cənab Prezident tərəfindən aparıılr. Lakin Parlamentin, hökümətin hesabatını dinləmək səlahiyyəti vardır ki, mən çıxışlarımda bunu əz azı 2 dəfə səsləndirmişəm.

-Ermənistanda baş verənlər bir növ 1990-cı illərin başlanğıcında bizdə baş verən hadisələri xatırladır. Təbii ki, qərb dövlətləri ilə Rusiyanın mənafeyləri burada toqquşur. Ermənistandakı proseslər uzun sürəcək: hakimiyyətin aqibəti AXC-nin hakimiyyətinə oxşaya bilər. Ermənistanın öz Surət Hüseynovu yarana bilər. Hər halda Ermənistan cəmiyyətində Rusiyaya bağlılıq çoxdur. Lakin erməni xisləri güclünün nökəri olmağa daha çox üstünlük verir. Rusiya-Türk-İran yaxınlaşması çərçivəsində və Ermənistanda anti-rusiya ovqatı yaranacaqı təqdirdə, Rusiyanın Azərbaycana qarşı münasibətləri müsbətə doğru dəyişə bilər və Azərbaycan öz torpaqlarının azad etməyə can atar. Lakin bunun elə böyük geo-siyasi hadisə olacağını düşünmürəm ki, Rusiya ilə Qərb arasında müharibəyə gətirib çıxartsın. Hələlik bunu heç Suriyadan da görmürük.

-Nikol Paşinyan kimi erməni xalqını əməlli başlı idarəetmə qabiliyyətinə malik təhkimli bir şəxsin rəsmi İrəvanı baş nazir postunda təmsil etməsi sizcə Rusiya Ermənistan arasındakı vəziyyətə necə təsir edəcək? Ermənistanda keçirilən referendum nətiəsində prezidentin səlahiyyətləri baş nazirə verilməsini və Paşinyanın Serj Sarkisyanın yürütdüyü siyasətə veto qoymasını nəzərə alaraq, ehtimal etmək olarmı ki, Ermənistanda baş verənlər Qərbin daha əvvəl Gürcüstan və Ukraynada başlatdığı “özəlləşdirmə” proqramının bir parçasıdır?

-Nikol Paşinyanın mayın 8-də Ermənistan parlamentində Baş Nazir seçilməsi üçün küçə təzyiqi və qarşıdurması ehtimal edirəm. Əvvəllər daha çox qərbyönümlü kimi çıxış edən N. Paşinyan indi daha çox Rusiyaya tərəf reveranslar edir. Onun Baş Nazir seçiləcəyi təqdirdə təbii ki, Rusiya onun hökümətinə müvəqqəti keçid höküməti kimi baxacağını, gözdən salınıb, hakimiyyətdən getməsini istəyəcəkdir. Eynən AXC hakimiyyəti kimi. Bu sahədə yeni Parlament seçkilərinin keçirilməsi vəziyyətə düzəliş verə bilər. Gürcüstan Ukranyadan fərqli olaraq, Qərb Ermənistanda istədiyi ictimai dayaqları əldə edə bilmir, baxmayaraq ki, ABŞ-ın dünyada ən böyük səfirliyindən biri Ermənistanda yerləşir. Güman ki, Ermənistandaki vəziyyətə diaspor təşkilatları vasitəsii ilə düzəm verməyə çalışacaqlar. Lakin tarixən ermənilərin daha güclülərin yanında yer almaq istəyi, öz ağasına bir qayda olaraq xəyanət etməsi, ermənilərin taleyində növbəti dəyişiklik dönəminin anonsunu verir. Ona görə də Qarabağ məsələsində birlik nümayiş etdirilməsinə baxmayaraq erməni cəmiyyətində böyük dövlətlərə istiqamətlənmiş çox vektorlu fərqliliyin yaranacağına əminəm. Azərbaycan da bu tarixi şansdan diplomatik və s. üsulla yararlanmalıdır.







VOİCEPRESS.AZ

Ü. Musazadə

Ранее » Yeni baş nazir kim olacaq?« Далее Peru səfirliyi: "Peru Respublikası Azərbaycanın ərazi bütovlüy...
Flag Counter