Türkiyəli millət vəkili: "Azərbaycanlılar öz səsindən istifadə edərək, doğru seçim etməlidirlər!"

Tet-a-tet / Manşet

4 734

Türkiyəli millət vəkili:
Rəşid Polad: "Bizim Rusiyadan "Zeytun Budağı" əməliyyatını gəlin birlikdə edək, kimi hər hansı bir tələbimiz və ya istəyimiz olmayıb"


VOİCEPRESS.AZ
Türkiyə Böyük Millət Məclisinin Kilis şəhəri üzrə AK Partiya millət vəkili Rəşid Poladla xüsusi reportajı təqdim edir:

- Cənab millət vəkilim, "Zeytun Budağı" və Afrin Qələbəsi dünyaya mesaj verməyi bacardı? Bir çoxu, Türkiyənin Suriyaya Rusiyanın Krıma girməsi ilə müqayisə edir. Bu hərəkətin əslini izah edin?

- Əvvəla, mənə bu fürsəti verdiyinizə görə sizə təşəkkür edirəm. Ölkəmizin heç bir ölkənin torpağında qətiyyən gözü yoxdur. Terror endişəmiz var. Yüz ildən bəri sərhədlərimizdə yaranan, bəzi vaxtlarda Cənub Şərqə siraət edən terror bəlasından PKK, PYD, son zamanlar özünü müəyyən edən, terror təşkilatları ilə mübarizə edirik. "Zeytun Budağı" hərəkatı başlamamışdan əvvəl, Afrin regionundan Türkiyəyə, Türkiyənin sərhədlərinə, kəndlərinə və şəhər mərkəzinə terror təşkilatları tərəfindən 700-dən artıq hücum olub. 20 Yanvar Şənbə günü, bu əməliyyat liderimiz, komandirimiz, sədrimiz R.T.Ərdoğanın göstərişilə başladı. Əməliyyatı 57 gündə başa çatdırdıq. Bu əməliyyatda məqsədimiz terrorçu təşkilatlarını yox etmək, əzilən dost və qardaş xalqlara sülh və qurtuluşu təmin etməkdir. Əməliyyatın adı xüsusilə "Zeytun Budağı" adlandırlıb. Çünki "Zeytun Budağı" sülhü simvollaşdırır. Afrin afrinlilərindir, bu belə məlum olsun! Suriya suriyalılarındır! Orada terror təşkilatlarını bitirdikdə, o yeri tərk edib torpaqları o bölgədəki insanlara təslim edəcəyik. Biz işğalçı bir dövlət deyilik. Tarix boyu belə olmamışıq və bundan sonra da olmayacağıq. Hər kəs bunu belə bilsin!

- Cənab Prezident R.T.Ərdoğan, terror təşkilatlarına ABŞ və digər nəhəng dövlətlərin yardım etdiyini deyib. Amma hər kəs buna inanmırdı. Əslində Afrin zəfəri, dünya terror təşkilatlarına yardım edənlərin kimlər olmasını sübut etdi. Afrində qələbə İŞİD terror təşkilatı qorxusunu yox etdi. Sizcə, böyük dövlətlərin oynadıqları böyük siyasi oyunları pozan və çirkli oyun dediyimiz siyasətini təmiz oynamaq praktiasını ortaya qoyan cənab Ərdoğanın bu qədər real olması Türkiyə və Türk dünyası üçün təhlükəli deyilmi?

- Yox, qətiyyən! Dediyim kimi, yüz ildən bəri terrorla mübarizə aparırıq. Bu gün dövlətin möhkəm mövqeyi və iradəsi sayəsində, Cənub Şərqi və Cənubi Anadoludakı terrorçu hücumlardan demək olar ki, xilas olmuşuq. Son zamanlarda, İŞİD terror təşkilatı ölkəmizə qarşı çevrilmişdi "Fərat Qalxanı" əməliyyatı ilə məğlubedilməz adlanan İŞİD terror təşkilatının sonunu gətirəcək bir əməliyyata başladıq. Türkiyənin bu həmləsindən sonra İraq da öz ölkəsindən terror təşkilatlarını çıxardı. Bu gün ABŞ, PYD-yə 4.000 silah yardımı sözü verib. PYD PKK-nın bir davamıdır. Afrin zonası və Suriya Türk qoşunlarının nəzarəti altındadır. Dünya orada terroru sakitcə izləyirdi. Hər bir yerdə, hər bir məktəbdə terrorçu APO adamları var idi. Buradan bizim Amerikaya çağırışımız da, belədir: Bir terror təşkilatına dəstək olmaq, gələcəkdə baş verəcək öz mütəfiqi olan Türkiyəni çətin sahələrə sıxışdıra biləcək bu terror təşkilatına dəstək olmayın! Bu vəziyyət yüz illərdir müttəfiq olan iki dövlətin münasibətlərinə zərər verə bilər. Buna görə də, Amerika belə oyunları buraxmalı və terroru dəstəkləməməlidir! Cənab Prezident R.T.Ərdoğanın bu barədə verdiyi açıqlamalar, realist bir şəkildə verilən bəyanatlardır. Dediyim kimi, PYD, YPG, PKK terror təşkilatlarıdır. Uşaqlarımızın gələcəyini düşünsək, vəzifəmiz terrorçuları bu bölgədən uzaqlaşdırmaq və yox etməkdir.

- Bu gün, nəhəng dövlətlər və bəzi beynəlxalq təşkilatlar terrorçu təşkilatları bir silah bazarına çevrir və silah satışı üçün terrorçu hücumları edirlər. Hədəf məsum insanlardır. Onları dayandırmağın bir yolu olduğunu düşünürsünüzmü?

- Hərbi əməliyyat zamanı ələ keçirdiyimiz silahların Amerika silahı olduğunu görürük. İzninizlə xalqa sual vermək istəyirəm: Bu silahlar bu terrorçuların əllərinə necə keçir? Amerikan silahları qatillərin əllərinə necə keçir? Yəni bu, böyük ölçüdə bir silah bazarıdır. Terroru dəstəkləyən, terorizmi ayaqda tutmaq istəyən və terrorizmdən qazanc əldə etmək istəyən böyük düşüncələr var. Dünya bunu görür. Dünya artıq əvvəlki dünya deyil. Hər kəs, xüsusən mətbuat, sosial media vasitəsilə nə etdiyini açıq şəkildə görür. Bu gün baxın, Türkiyə silah istehsal edir. Türk istehsalı silahları heç vaxt terrorçu bir təşkilatda görə bilməzsiniz. Terrorçularda heç Türk istehsalı tapança gördünüzmü? Çünki, Türk Ticarət Qanunu çərçivəsində, bir ticari müqavilə çərçivəsində, tədarükçülərinə hüquqi əsasdan satılır. Amma əgər Amerikalılar və digər beynəlxalq təşkilatlar terrorçu fəaliyyətlərinə son qoymasalar, hər yerdə terrorizmi ortadan qaldırmaq çətin olacaq. Amma biz Türkiyə olaraq, bu işi təqib etmirik. Biz uğurlu olan bir millətik! Biz Türk millətləriyik! Bu işə qəti qərarımızı vermişik və ən qısa zamanda terror təşkilatlarının yuva qurduğu Münbiçi, daha sonra Fəratın şərqini terrordan təmizləyəcəyik Ölkəmizə sülh və əmin-amanlıq gətirəcəyik!

- Türkiyə, Afrin əməliyyatını başlayanda, Rusiyanın geri çəkilməsinə Ankaranın münasibəti necə oldu?

- Rusiyadan gözləntimiz yoxdur. Türk ordusu hər cür avadanlığa malik cəsur və iğid insanlardan ibarət ordudur. Biz terrorla mübarizə məsələsində önümüzü açmağa çalışırıq. "Zeytun Budağı" əməliyyatında da bunu gördük. Rusiya bu məsələdə bizə qarşı deyildi. Ordumuz bu regiona öz gücləri ilə getdi və təmizlədi. Bizim Rusiyadan "Zeytun Budağı" əməliyyatını gəlin birlikdə edək, kimi hər hansı bir tələbimiz və ya istəyimiz olmayıb.

- ABŞ-ın Rusiyaya qarşı reaksiyası və bütün Avropa ölkələrinin hər cür diplomatik münasibətlərini nizamlaması Rusiya Türkiyə münasibətlərinə necə təsir göstərir? Bu vəziyyət rəsmi Ankara tərəfindən necə qiymətləndirilir?

- Hazırda 16 Avropa ölkəsi ABŞ da daxil olmaqla Rus diplomatlarını deportasiya etməkdədirlər. Rusiya da dərhal həmin ölkələrin diplomatlarını ölkəsindən çıxardı. Bu ölkələr bir-birilərinə, strateji mövqelərinə qarşı çıxırlar. Bu mövqe Türkiyə üçün əhəmiyyətli mövqe deyil. Əsrlərdir dostlarımızla dostluq anlayışımız var. Öz problemləridir deyirəm...

- Bəs, sizcə, bu vəziyyət Türkiyə Rusiya münasibətlərinə təsir etməzmi?

- Təsir edəcək bir vəziyyət yoxdur. Rusiyanın Türkiyə ilə yaxınlaşması, ticarət əlaqələrini genişləndirmək səyləri 16 Avropa ölkələrinin Rusiyaya qarşı verdikləri qərarlarla heç bir əlaqəsi yoxdur.

- "Afrin Qələbə"si Azərbaycanda qeyd olundu. Sizlər də Bakıdasınız. Bu hiss necə bir duyğudur?

- Azərbaycanda qardaşlarımızla "Afrin Qələbə" festivalını qeyd etdik. Biz iki dövlət, bir millətik! Azərbaycandakı qardaşlarımızın bizim üçün duyduqları sevinc həqiqətən bir nemətdir. Azərbaycan xalqına çox təşəkkürlər. Biz tarix boyu qardaşıq. Qardaş olaraq yaşamağa davam edəcəyik. Azərbaycanlı qardaşlarımızın bizim sevincimizə şərik olması bizi məmnun etdi.

-Azərbaycanlı qəhrəman İbad Hüseynov Afrin əməliyyatı zamanı mücadilə verən Türk əsgərlərinə dəstək vermək adına, Kilisdə olmuş, sizlərlə də görüşmüşdür. Mücadilə verərkən,qardaş ölkə dəstəyinə ehtiyac olurmu?

- Birlik və həmrəylik göstərdiyi üçün, planetdə yaşayan bütün Azərbaycanlı qardaşlarımızın dəstəyinə və motivasiyasına ehtiyacımız var. İbad Hüseynov qardaş Kilisə gəldi, mən də orada idim. Qonaq etdik onu. Çox səmimi dost və iğid bir insandır. PKK və PYD tərəfindən bizim tərəfimizə atılan roket evin damına düşdü. Bölgəni İbad Hüseynov ilə birlikdə ziyarət etdik. İbad Hüseynov, Afrin əməliyyatında əsgərlərlə bərabər müharibəyə qatılmaq istəyini ifadə etdi. Amma Türkiyədə ordu qaydaları Azərbaycanda olduğu qədər açıq və birmənalıdır. Türkiyə Silahlı Qüvvələrinin 650 minlik ordusu var. Bu səbəblə, İbad Huseynovun istəyini yerinə yetirə bilmədik. Amma iğid bir Azərbaycanlı qardaşımızın belə bir vəziyyətdə verdiyi dəstək çox mühüm idi. Ona bunun üçün təşəkkür edirəm.

- Azərbaycan prezident seçkilərinə getdi. Sizcə kim qazanacaq?

-Təbii ki, diqqət edilməsi lazım olan bir nöqtə də var. Bakı bu gün çox gözəldir. Azərbaycan ötən on beş ildə böyük investisiyalar qoydu və Bakı bu gün çox irəlidədir. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biri halına gəlmişdir. Gördüyüm şey, Azərbaycanın düzgün istiqamətdə davam etməsidir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ayrı bir strateji potensialdır. TANAP layihəsi çox əhəmiyyətlidir. Azərbaycan və Türkiyə üçün kommersiya cəhətdən çox xeyirli layihədir. Azərbaycanlılar öz səslərini istifadə edərək, bütün bunları düşünərək seçim etməlidirlər!

Ü. Musazadə
VOİCEPRESS.AZ


Ранее » Millət vəkili: "Seçki ərəfəsində belə qadağaların qoyulmas...« Далее Yeni baş nazir kim olacaq?