Alim İsmət Əhmədov: "Azərbaycanda klonlaşdırma aparmaq mümkündür..."

Tet-a-tet / Elm və kəşf / Manşet

3 393

Alim İsmət Əhmədov:
VOİCEPRESS-in müsahibi Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən NANO Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi, tədqiqatçı-alim İsmət Əhmədovdur:


-İsmət müəllim, istərdim bu gün bir qədər klonlaşdırma, süni mayalanma, gen mühəndizliyindən danışaq. Ümumiyyətlə biotexnologiya sahəsinin Azərbaycanda inkişafını necə xarakterizə etmək olardı sizcə?


-Keçən əsrin 80-ci illərindən Biotexnologiyadan geniş tətbiq olunmağa və inkişaf etməyə başlandı. Biotexnologiyanın müxtəlif istiqamətləri var. Bunlardan biri gen mühəndəsliyi, tibbdə süni mayalandırma, klonlaşdırma, kənd təsərrüfatında sənaye üsuluna keçmə, heyvanlar aləmində məhsuldarlığın artırılması və s. Təbii resurslardan yüksək keyfiyyətlə istifadə etməliyik. Yüksək keyfiyyət əldə etmək üçün də, daima yeni texnalogiyalar hazırlanır. Biotexnologiya çox böyük imkanlara malikdir.

-Aydındır. Bəs klonlaşdırmada məqsəd nədir?

-Maraql sualdır. Məsələn hər hansısa bir növün təkamül yolu ilə yaranmasını müşahidə edirik. Onu dəyişdirmək isə çox çətindir və ya buna illər lazımdır. Ət üçün, yun üçün, heyvalar yetişdirmək, bitkilər aləmində hər hansısa mineralları əldə etmək üçün vaxt lazımdır. Bunun üçün isə illər, uzun təcrübələr gərəkdir. 1985-ci illərdə ilk klonlaşdırma üzrə təcrübələr aparıldı. İlk tədqiqat "Doli" adlı qoyun üzərində həyata keçirildi. Klonlaşdırma istənilən heyvanın və bitkinin çoxaltmasının ən asan yoludur. Klonlaşdırma zamanı hər hansısa bir fərdin eynisini əldə etmək mümkündür. Lakin bu zaman klonlaşdırma aparılan hər hansısa fərd və ya növ üzərində dəyişikliyin olmamasına diqqət etmək gərəkir. Canlı orqanizmlərdə əsasən 2 tip hüceyrələr var. Bunlardan biri somativ, o biri isə cinsiyyət hüceyrələridir. Cinsi yolla çoxalma zamanı 50 % gen atadan, 50% gen isə anadan gəlir. Bunlar birləşir və fərd əmələ gətirir. Ancaq somotiv hüceyrələrdə isə genefon sabit qalır. Yəni neçə xromosom varsa bunlar bütün somotiv hüceyrələrdə eyni olur. Klonlaşdırma zamanı 100% keyfiyyət əldə etmək istəyiriksə tam informasiyanı bundan o birinə ötürmək üçün genemon götürülür. Və bu zaman hansı fərddən genefon götürülübsə onun sürəti yaradılır. Hal- hazırda bütün heyvanların klonlaşdırılması mümkündür. İnsanın da klonlaşdırılması üçün bir çox cəhdlər edildi. Lakin dünya alimləri və eləcə də din xadimləri insanın klonlaşdırılmasına qadağa qoydu. Bu biotik cəhətdən də düzgün deyildi.

- Bu yaxınlarda oxudum ki, Çində meymunu klonlaşdırıblar. Mueymunun genofeni insan genefoneninə yaxındır... Bəs nə üçün meymunu klonlaşdırmağa müvəffəq olurlar, insanın isə yox?

- Bəli yaxındır, ancaq tam deyil. Məsələn bizdə xromosomun sayı 46, onlarda isə 48-dir. Hər heyvan kimi meymunu da klonlaşdırmaq olur. İnsanın yumurta hüceyrəsi 10 üstü 8 sayda olmaldır. Enbirionun əmələ gəlməsi üçün 10 üstü 8 sayda hüceyrə lazımdır. Amma 250-300 hüceyrədən sonra inkişaf naməlum səbəbdən dəyanır. Buna görə də insanın klonlaşdırılması mümkün dolmur. Niyə hüceyrənin inkişafı dəyanır? Bax bu sual çox mütəxəssisləri düşündürür və bu məsələnin üzərində bu gün də tədqiqatlar aparılır, araşdırmalar davam etdirilir.


- Bir qədər əvvəl belə bir fikir söylədiniz ki, alimlər, fiziki cəhətdən güclü insanlar, ümumiyyətlə hər kəs övladlarının yalnız xarici baxımdan deyil, intelekt və qabiliyyət baxımından da, özlərinə bənzəmələrini istəyirlər. Bəlkə də bir qədər qərəzli səslənəcək, amma mən yenə də bu sualı vermək istəyirəm, son zamanlar bir çox məmurların özlərinə yaraşmayan övladları ilə qarşılaşırıq. Canlı insan öz genefonunu bu üsulla dəyişə bilərmi? Yəni bir məmur öz övladının genefonunu dəyişmək şansına malik ola bilərmi?


-Xeyir. Bu qeyri- mümkündür. Məsələn ata ağılı, qabiliyyətlidir, övladı isə heç nəyə yaramır. Amma burda genin ekspresiyasına nail olmaq olar. Bəzən talantlı insanın övladı da talantlı olur. Fiziki cəhətdən güclü, hər hansı qeyri-adi bacarığa malik insanlarda gen ekspresiya edir və onların övladında da bu bacarıqlar özünü biruzə verir.

- Ekspresiyanın özü tibbəməlumdurmu?


- Bəli, genin necə ekspresiya edilməsi məsələsi elmə məlumdur. Məsələn gen necə stimullaşır, geni necə işə salmaq lazımdır və s. bunlar hamısı elmdə var.

- Deməli canlı insanda ata və anada olan qabiliyyət və intelekt genlərinin övladda kəşf edilməsi, gendə həmin faktorların inkişafı da mümkündür?

- Bəli, doğrudur. Bunun müəyyən üsulları var. Genin köçürülməsi də var. Lakin insanlar üzərində bunu etmək qadağandır. Heyvanlarda və bitkilərdə bu genlər köçürülür və bu sahədə çox böyük nəaliyyətlər əldə olunmaqdadır. Mən İsveçrədə olanda Biotexnoloji mərkəzdə oldum. Orda genin necə köçürülməsinin şahidi oldum, məlumatlar topladım.

- Ekspresiya üsulunu bu gün Azəbaycanda inkişaf etdirmək olarmı? Və bunun üçün bizdə gərəkən şərait varmı?

- Bizdə elmi potensial, baza və bunu bacaracaq alimlərimiz var. Lakin bunu hələ ki, Azərbaycanda həyata keçirmək mümkün deyil. Çünki müasir cihazlarımız, reaktivlər, bəzi avadanlıqlar yoxdur. Mən 2000-ci ildə İranda oldum. Orda klonlaşdırma haqda bir çox məlumatlar topladım. 10 gün ərzində klonlaşdırmanın həyata keçirilməsini bütün detalları ilə öyrəndim. Deməli bizə klonlaşdırmanı həyata keçirmək üçün 170-180 min dollarlıq labaratoriya lazımdır. Bu maliyyəni isə heç kim ayırmadı. Biz də bunu davam etdirə bilmədik. Ancaq bu gün Azərbaycanda sərbəst gen köçürmə, klonlaşdırma aparmaq olar. Çünki heç bir ölkə inanmaz ki, bizdə klonlaşdıma əmliyyatı aparıla bilər. Lakin mən inanıram ki, bizdə bunu bacaran alimlər, professorlar var.

- İsmət müəllim, bu yaxınlarda Amerikada belə bir hadisə baş verdi. Bir fiziki qüsurlu insan könüllü olaraq, başının başqa bir bədənə köçürülməsini istədiyini bildirdi. Həkimlər, professorlar bunun qeyri-mümkünlüyünü desələr də, bu hadisənin bir dəfə Çində baş verdiyini, lakin həmin insanın cəmi 28 saat yaşadığını anlatsalar da o yenə öz istəyindən vaz keçməyib. Bu cür könüllü insanlar Azərbaycanda varmı?


- Bilirsiz, etika, dietika prinsipləri haqqında, etikanın hər sahədə idarə olunması vacibdir. Bir var qanunla qadağan edilməsi, bir də var insanın daxili aləmi ilə tənzimlənməsi. Hər bir insan ona nəyin faydalı, nəyin zərərli olduğunu bilməlidir. Genetikanın 14 prinsipi var. Bunlardan da biri "ziyan vermə" prinsipidir. İstər təbiət üzərində olsun, istər insan üzərində... İnsanların arzuları, xəyalları müxtəlif olur. Siz dediyiniz kimi fərqlənmək istəyən insanlar var və hər gün bir az da çoxalır.

-Kreobiologiya adlanan bir elm var. Bəzi varlı insanlar var ki, özlərini dondurub 100 ildən sonra yenidən yaşamaq istəyirlər. Bunun üçün də onlar külli miqddarda pul xərcləyirlər. Bu necə mümkündürmü?


- Bəli mümkündür. Düzdür belə insanları gizli saxlayırlar. Ancaq belə insanlar var. Onlar öz arzuları ilə 50 və ya 100 ildən sonra donlarının açılacağını istəyirlər. Kreobiologiyada belə şey mümkündür.

- Azərbaycanda varmı belə insanlar?


-Xeyir, Azərbaycanda bu mümkün deyil.

- İsmət müəllim, bəs MDB dövlətləri arasında kreobiologiyanın inkişaf etdiyi ölkə hansıdır?

- Heç biri desəm, əlbət yanılmaram. Rusiyada bir dəfə buna cəhd etdilər, lakin alınmadı. Çünki dondurulmuş orqanizmi sonradan həyata qaytarmaq çox çətin bir prossesdir. Onlar bəzi heyvanlar üzərində təcrübələr aparmışdılar. Almaniyada hətta Hitlerin zamanında bu cür təcrübələr aparılırdı. Almaniya və Amerikada insanlar üzərində o qədər təcrübələr aparıblar ki, mən inanıram ki, onlar buna nail olublar. Gen köçürülməsi, və klonlaşdırma insanlar üzərində mümkün deyil. Azərbaycan üçün isə bu bir xəyal olaraq qalır. Ancaq bizə şərait yaradılarsa klonlaşdırma üzərində işləyə bilər və gözəl nəticəyə nail ola bilərik.

- Azərbaycanda daxili orqanların implantasiyası mümkündür. Bəs xarici orqanların, məsələn qol, əl, ayaqların implantasiyası üçün nə lazımdır?

- İmplantasiya elmi inkişaf etmiş sahədir. İmplantasiyanın ən yaxşı yolu bir insanın orqanının başqa bir insana köçürülməsidir. Burada ən başlıca məsələ bu orqanların immun sisteminin bir-birinə uyğun gəlməsidir. Çünki hər zaman uyğunluq baş vermir. Digər orqan yeni köçürülmüş orqanı tanımır, işləməsinə mane olur. Lakin son 20-25 ildir ki, istənilən orqanı başqa bir orqanizmə köçürən zaman həmin orqanizmin immun sistemini dondurular, köçürülmüş orqanizmi inkişaf etdirirlər sonra dondurulan immun sistem oyadılır. Belə olan halda oyanan immun sistem köçürülmüş orqanı da, özününkü kimi tanıyır. Bu prosess böyük nəaliyyətlər qazanıb.

- Azərbaycanda bu əməliyyatlar uğurla alınırmı?

- Azərbaycan da inkişaf etmiş ölkələrin metodlarından istifadə edir. Buna görə də bizdə də, artıq orqanların implantasiyası uğurla həyata keçirilən əməliyyatlardan sayılır. İstənilən yüksək səviyyəli həkimlərimiz bunu edə bilirlər.

-Amma bildiryimiz qədəri ilə süni şəkildə insanın istənilən orqanının yetişdirilməsi və həmin orqanın inplontasiyası da tibbdə artıq sınanmış bir tədqiqat hesab edilir. Elə deyilmi?


-Bəli. Belə bir elm sahəsi var, "Hemself". İngilis dilindən tərcümədə buna kök hüceyrələri deyirlər. Lakin mən belə tərcümə etmirəm. Mən özül hüceyrələri kimi tərcümə edirəm. Bu özül hüceyrələrindən istənilən orqanı almaq olur. Deməli özül hüceyrələrindən istifadə etməklə əli, ayağı olmayan insanın öz üzərində ona əl, ayaq yaratmaq olur. Dəri, böyrək, bağırsaqların bir hissəsini almaq olur. İndi özül hüceyrələrindən sümük almaq istəyirlər, bunun üzərində işləyirlər. Hələki ürək əzələləri almaq mümkün deyil. Niyə mən bunu özül hüceyrə adlandırıram? Çünki hər şey ondan yaranır. Məsələn yumurta hüceyrəsi yaranır, sonra çoxalır, embrion əmələ gəlir. Bu zaman bu hüceyrənin biri əzələ, biri sümük və s hüceyrələrə çevrilir. Hətta məlum olub ki, bu hüceyrələrin hamısı istifadə olunmayıb. İnsan orqanizmində istifadəsiz qalıb. Elm artıq bu hüceyrələri də ayırıb istifadə etməyin yollarını öyrənib.

- Dediniz ki, əl-ayaq yetişdirmək artıq mümkündür. Bunun üçün nə qədər vaxt və vəsait lazımdır?

- Əgər hər şey yüksək səviyyədə olarsa, yəni istifadə etdiyimiz avadanlıqlar, dərmanlar yüksək səviyyədə olarsa çox az bir zamanda bunu almaq olar. Özül hüceyrələrinin inkişafı üçün yüksək səviyyədə maddələr lazımdır. Yüksək səviyyədə steril və təmizlik şəraitə ehtiyac var.

-Çox sağolun İsmət müəllim. Bəşəriyyətin elmi, tibbi inkişafı haqda maraqlı söhbətinizə görə minnətdarıq. Ümid edirik, növbəti müsahibələrimizi Azərbaycanda biostrateji labaraoriyalar və tədqiqatlar yönündə aparmaq imkanımız olacaq. Hesab edirəm, müharibə şəraitində yaşayan və inkişaf etməkdə olan dövlət üçün biostrateji labaratoriyaların inkişafı tibbi ordunun təməlinin qoyulması deməkdir.

-Mən təşəkkür edirəm. Təbii ki, mümkündür. Doğru fikirdir.


Alim İsmət Əhmədov: "Azərbaycanda  klonlaşdırma aparmaq mümkündür..."




Aysel İsgəndərova
VOİCEPRESS.AZ

Ранее » Bütün peşələrin fövqündə dəyanan müqəddəs bir peşə var, ...